Səmədov Azərbaycan millisində oynamadığına görə peşman deyil
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvanın “Lokomotiv”, “Spartak” klubunun sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasını seçməsi barədə növbəti dəfə açıqlama verib.
QOL.az xəbər verir ki, o, "RB Sport"a müsahibəsində "Rusiya millisinin seçdiyinə görə peşman oldunuzmu" sualına cavab olaraq deyib:
"Məni federasiya (AFFA - red.) dəvət etmişdi. Amma mən bu qərarı (Rusiya millisini seçməsini - red.) verdim. Bu, çox əvvəl olub. Mən hətta təfərrüatları belə xatırlaya bilmirəm.
Rusiya millisini seçdiyimə peşman olmuşanmı? Mən iki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda çıxış etmişəm. Bu barədə yalnız xəyal edə bilərsiniz! Necə peşman ola bilərəm? Mən Rusiyada anadan olmuşam" .
Baxış sayı:72
Bu xəbər 03 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















