Samid Səmədov həbs olundu
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi “Mercedes” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S.Səmədovun sürücülük hüququnun olmaması müəyyən edilib.
Ölkə.az xəbər verir ki, araşdırma zamanı hərəkətləri şübhə doğuran S.Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Səmədov 17 gün müddətinə inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının həyatına da təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Baxış sayı:113
Bu xəbər 29 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















