Icma.az
close
up
RU
Səmimi dialoq, etimad quruculuğu

Səmimi dialoq, etimad quruculuğu

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Çin və Azərbaycan uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməllər yaradır

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın ən mühüm prioritetlərindən biri də sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsi, sənayenin rəqəmsal transformasiyasının fəal şəkildə irəlilədilməsi ilə bağlıdır. Bu istiqamət üzrə əsas layihələr neft-qaz, bərpaolunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalında qarşılıqlı fəaliyyəti  nəzərdə tutur. Əməkdaşlıq, həmçinin sənayedə iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması və ya emalı, sənaye sahəsinin rəqəmsallaşdırma və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqinin gücləndirilməsini əhatə edəcək.

Sənaye parklarına, maşınqayırma sahələrinə investisiyalar

Azərbaycan və Çin sənaye əməkdaşlığına uyğun olaraq yaxın günlərdə sənaye texnologiyaları parklarına yeni rezidentlərin cəlb olunmasını təmin etmək niyyətindədir. İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin “Vencou Vanhong” şirkəti arasında razılaşmaya əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı bloku qurulacaq. Həmçinin Azərbaycanın “İmprotex” və Çinin “Changzhou Dongfeng Agricultural Machinery” şirkəti traktor istehsalı layihəsini icra edəcək. “Azəralüminium” MMC ilə “China Machinery Engineering Corporation”nun birgə investisiya layihələri isə maşınqayırma sənayesinin bir çox bölmələrini nəzərdə tutur.

Tərəflər sənayenin rəqəmsallaşdırılması və qarşılıqlı olaraq mal və əmtəələrin tədakünü tezləşdirmək üçün Beynəlxalq Multimodal Daşımalar platformasına keçidi də hədəfləyib. Bu məqsədlə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin TransXəzər ekspress-marşrutlarının yaradılması, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması sahəsində əməkdaşlıq gücləndiriləcək. Nəticədə bu platforma azad və manesiz ticari mübadilələri, e-ticarəti, nəhəng bir coğrafiyada sərbəst gömrük-ticarət zonasının quruculuğu prosesini sürətləndirəcək, Azərbaycanın ətraf və digər bölgə ölkələri ilə asan ticarət kommunikasiyalarına qapı açacaq.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək

Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasına da dəstək vermək əzmindədir və bu amil də ölkəmizin qlobal bazarlarda təmsilçilik paylarını artıracaq. Bəyanatda əks olunduğu kimi tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər. Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edir.

Bəyanatın ən mühüm bəndlərindən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıq imkanlardan istifadənin gücləndirilməsidir. Azərbaycan bu mötəbər təsisatla sıx bağlantılar qurub və ŞƏT siyasi-iqtisadi həmrəylik bloku kimi Azərbaycanın ŞƏT alyansında qlobal mühitlə inteqrasiyasını dərinləşdirir. Xüsusilə də bu platformada Çinlə fəal əməkdaşlıq sxemi qurmaqla siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi istiqamətində iradəli addımlar atır.

Birgə Bəyanat isə Şanxay Əməkdaşlıq Təşkilatında sədr olan Çinin qlobal təsir imkanlarından faydalanmağa, bu ölkənin lokomotivi olduğu regional layihələrdə Azərbaycanın da layiqli təmsilçiliyini legitimləşdirə  bilər. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyətindədir. Çin  bu əməkdaşlıq proqramlarında Azərbaycanı dəstəkləyərək ŞƏT-də hüquqi statusunun artırılmasına kömək edəcək.

“Yaşıl enerji” də Çin quruculuğu

Bəyanatda yer alan hədəf məqsədlərindən biri isə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını təmin etməkdir. Hər iki ölkənin tanınmış enerji şirkətləri arasında əldə edilmiş anlaşmalara əsasən, tərəflər “yaşıl enerji” mənbələrinin istehsalı, emalı və ötürülməsi, bu sahədə güc infrastrukturlarının qurulması, dayanıqlı potensialın şaxələndirilməsi istiqamətində layihələr icra edəcək. İnvestisiya Müqaviləsinə əsasən, Çin şirkətləri Bakı ətrafında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsində yer alacaq. “China Energy Overseas Investment Co. Ltd.” şirkəti Xəzər dənizində külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsini təmin edəcək. Layihə çərçivəsində 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının maliyyələşdirilməsi, tikintisi, və istismara verilməsi nəzərdə tutulur.”China Energy International Group Co.,Ltd.” isə külək enerjisi layihələrinin icrası, enerji avadanlıqlarının istehsalının təşkilində yer alacaq.

Çinin digər sənaye nəhənglərindən biri olan “PowerChina Resources Limited” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış Anlaşma sənədinə əsasən, ölkəmizdə160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsi icra olunacaq. Layihə, həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.

Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinə də marağı böyükdür. Həmin bölgədə “yaşıl güclərin” potensialının yüksək olması nəzərə alınaraq Çin investorlarının yaşıl layihələrdə təmsil olunması gözlənilir. Həmçinin, Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir.

Viza rejimi turizmə və sahibkarlığa töhfə verəcək

İki ölkə arasında vizasız səfərlərin təmin edilməsinə dair razılaşma da mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı viza rejiminin ləğv edilməsinə dair sazişə əsasən, Azərbaycan və Çin vətəndaşları vizasız səfərlər edəcəklər. Vizasız rejimə keçid ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək və turizm axınlarını stimullaşdıracaq. Qeyd edək ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı təxminən 2 dəfə artaraq 45 mini ötüb. Cari ilin ilk rübündə isə ölkəmizə səfər edən çinlilərin sayında 1,8 dəfə artım qeydə alınmaqla turist sayı 10 mindən çox olub. Yeni anlaşmanın qüvvəyə minməsi sayəsində Azərbaycandan Çinə və əks istiqamətdə turistlərin sayında əhəmiyyətli artımların baş verəcəyi  istisna edilmir. Onu da nəzərə alsaq ki, Azərbaycan Hava Yollarının Bakı-Pekin birbaşa uçuşlar həyata keçirməsi də reallaşmaqdadır və bu amil də vizasız rejim fonunda qarşılıqlı səfərlərin intensivliyinə müsbət təsir göstərəcək.

Viza anlaşması turizm sektorunda dinamikanı artırmaqla yanaşı, Çindən mal tədarük edən ticari subyektləri, o cümlədən kiçik və orta sahibkarların da mal mübadilələrini asanlaşdıracaq, onların vaxt və gedişlər üçün sənədlərə sərf etdiyi xərcləri aşağı salacaq. Nəticədə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq üçün yeni imkan qapıları açılmış olacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri