Icma.az
close
up
RU
Şəmkirdə qısqanclıq zəminində 26 yaşlı oğlan arvadını döydü

Şəmkirdə qısqanclıq zəminində 26 yaşlı oğlan arvadını döydü

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir rayonunda 26 yaşlı oğlan arvadı ilə qısqanclıq zəminində yaranan mübahisəsi cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 7-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Tahir arvadı Günelin onu aldadaraq xəyanət etdiyinə görə yaranmış qısqanclıq zəminində mübahisə zamanı yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub. 
Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Günel ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar: “Əvvəllər münasibətlərimiz normal olsa da, sonradan aramızda narazılıq yarandı. İyulun 7-də, saat 19 radələrində yaşadığımız evin yaxınlığında Günel ilə onun mənə xəyanət etməsi ilə bağlı sözlə mübahisələrimiz oldu. Sonra isə əsəbləşərək yumruq və təpiklə zərbələr vuraraq onu  döydüm”.
Bu işə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2025-ci il tarixdən hesablanması qərara alınıb. Tahirin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından həbs edilib. 
Qeyd edək ki, o, bundan əvvəl də dəfələrlə mühakimə olunub. O, ilk dəfə 2016-cı ildə Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilib. 
Bundan başqa, o, Şəmkir rayon Məhkəməsinin 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Şəmkir Rayon  Məhkəməsinin 2024-cü il qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 1 ay 7 gün hissəsi 6 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri