Icma.az
close
up
RU
Şəmkirdə ustalar arasında pul borcu üstündə qanlı dava

Şəmkirdə ustalar arasında pul borcu üstündə qanlı dava

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmkir rayonunda 1995-ci il təvəllüdlü Pənah şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Xəyala xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 yanvar 2024-cü ildə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində baş verib. 
Pənah həmkəndlisi Xəyal ilə 2023-cü ilin iyul ayında, istintaqa dəqiq məlum olmayan tarixdə birlikdə tanışı Arzu adlı şəxsin Rusiya Federasiyasında yerləşən evinin dam örtüyünün təmiri ilə əlaqədar yol pulu qismində verdiyi Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 900 manatı təşkil edən, 50000 rus rublu məbləğində pulunu qaytarmadığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq məqsədilə bıçaqlayıb. 
Hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mübahisə pul məsələsinə görə olub: “Həmin vaxt mən Xəyalın yanına getdim. Xəyala mənə olan borcunun verməməsini bildirdiyindən aramızda mübahisə yarandı. Mən isə içkili olduğum üçün Xəyalı bıçaqla vurmuşam. Xəyal ilə bir yerdə olmuşam və biz həmin vaxt yeyib içmişik. Mən Xəyalla həmkəndli olmaqla eyni zamanda qohum olmuşuq. Biz bir yerdə böyümüşük. Hadisə spirtli içkinin nəticəsi olaraq baş verib. Xəyalın mənə 50.000 rus rublu pul borcu olub. Mən Rusiya getməli olmuşam. İyul ayında Rusiyadan mənə pul göndərdilər. amma Rusiya Federasiyasına gedə bilmədim. Lakin Xəyal həmin vaxt Rusiyaya getdi. Xəyaldan mənə olan borcunun qaytarılmasını istədim. Biz yeyib içən zaman aramızda hər hansı bir mübahisə olmadı”.
Pənah qeyd edib ki, daha sonra Xəyala zəng edərək pulunu tələb edib: “Bundan sonra mən Xəyalla söhbət etməyə getdik. Həmin hadisə baş verdiş. Xəyal mənə nalayiq ifadələr işlətdi. Mən Xəyaldan pulumu tələb etdikdə, Xəyal mənə kobud cavab verərək pulu verməyəcəyini bildirdi. Bundan sonra üzərimdə olan bıçaqla Xəyala xəsarət yetirdim. Xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq atama hadisə barədə məlumat verdim, Xəyalı xəstəxanaya aparılmasını xahiş etdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalın sözlərinə görə, Pənah ona zəng edərək Rusiyada dam örtüyü işinin olduğunu və Arzu adlı şəxsin onlara bilet alsınlar deyə yol pulu üçün 100.000 min rus rublu pul göndərdiyini bildirib: “Mən və Pənah təyyarə bilet aldıq. Həmin puldan 50.000 min rus rublunu Pənah, 50.000 min rus rublunu isə mən götürdüm. Biz Rusiyaya getmək üçün Bakı şəhərinə aeroporta getdik. Bakı aeroportunda Pənah uçuşa buraxılmadı. Mən isə sərhəd xidmətindən keçdim. Pənahdan onu gözləməyimi soruşdum. Pənah mənə “sən keç mən işimi həll edib gələrəm” dedi. Bundan sonra Rusiya Federasiyasına getdim. Pənah isə gələ bilmədi. Mən Rusiyada qalaraq 5-10 gün Pənahı gözlədim. Pənah sərhədi keçə bilmədiyindən Rusiyaya gedə bilmədi”. 
Xəyal qeyd edib ki, daha sonra o bilet alaraq Azərbaycan Respublikasına qayıdıb: “Azərbaycan Respublikasına gəldikdə Pənah pulu tələb etdi. Mən isə pulu qaytarmağa imkanım olmamasını bildirdim.
Hadisə günü Pənah mənə zəng etdi. Biz kafeyə getdik. Kafedə çörək yedik və spirtli içki qəbul etdik. Hadisə gecə radələrində baş verib. Mən evdə yatan zaman Pənah zəng etdi və evdən çıxmağımı, söhbət etmək istədiyini bildirdi. Pənahdan nə söhbət etmək istədiyini soruşdum. Pənah isə söhbət etmək istədiyini bildirdi. Biz hər ikimizdə içkili olmuşuq. Həmin vaxt Pənah pul istədi. Mən isə içkili olduğum üçün sonuncuya sərt cavab verdim. Bundan sonra Pənah məni bıçaqla vuraraq qaçdı. Pənah bıçaqla mənə xəsarət yetirən vaxt mən də onu vurmuşam. Hadisədən sonra Pənahın anasıgilə zəng etdim. Pənah məni vurandan sonra oradan qaçdı. Sonra mən evə getdim və arvadımdan təcili tibbi yardıma zəng etməsini istədim. Pənaha siqaret verən zaman gözlənilmədən məni vurdu. Pənahı təhqir etməmişəm. Sadəcə kobud cavab vermişəm. Vurandan sonra Pənahın dalınca qaçmışam. Mən Pənahı vuran zaman ağrılarımın olmasını hiss etmişəm. Artıq barışmışıq. Mənim heç bir şikayət və tələbim yoxdur”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pənah 3 il müddətinə azadlıqdan məhrum edilib. 
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunub, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan 2020-ci il təvəllüdlü uşağı 14 yaşına çatanadək, yəni 2034-cü ilin fevralın 13-dək təxirə salınıb.
Təqsirləndirilən şəxsin üzərinə uşaqlarının qayğısını çəkmək, onların tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulub. Onun davranışına nəzarət yaşayış yeri üzrə Şəmkir rayon İcra və probasiya Şöbəsinə tapşırılıb.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalından azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri