Icma.az
close
up
RU
Sən Allah, gedin ayıbınıza kor olun

Sən Allah, gedin ayıbınıza kor olun

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sən Allah, gedin ayıbınıza kor olun

Bu gün maraqlı bir eksperiment eledik. Sosial şəbəkələrdə (həm də xalqımız arasında, çünki sosial şəbəkələr elə bizim xalqdı) çox qısa zamanda məşhurlaşmış Kəmalə Günəşli adlı müğənni ilə müsahibə elədik.

Kəmalə Günəşli, Tamara, Niqulya kimi adlarla məşhurlaşmış, biabırçı, heç bir məzmunu olmayan "mahnılar" oxuyan bu xanımı uca xalqımız çox qısa müddətdə varlandırdı, ev-eşik, maşın, qızıl-brilyant sahibi elədi. Bəli, bəli, məhz uca xalqımız elədi.

İkisinin də sağlığına qismət...

Biz müsahibəni alanda bilirdik ki, uca xalqımızın ancaq media üçün "elit takılan" nümayəndələri sosial şəbəkələrdə bizi qınayacaq, hətta təhqir edəcək. Amma axşam yenə gedib toylarına, ad günlərinə, dost-tanış məclislərinə Kəmalə xanımı çağıracaqlar. Hələ üstəlik əllərini də arada nəzir qutusu kimi 100 manatlıq və dollarlıqlarla dolduracaqlar. O xanım da bunu çəkib sosial şəbəkələrdə paylaşacaq. Uca xalqımız da bunu izləyəcək, bir-birinə göndərəcək, hətta o birilər də məclislərinə onu çağırmaq üçün yarışacaqlar.

Hələ ən ağırı o olacaq ki, yanında toya apardığı xanımına 100 manatlıq paltar almayan bir bəy o biri bəylərdən geri qalmamaq üçün Niqulya xanımın ovcuna növbəti 100-lüyü basacaq. Amma bunlar gəlib, məsələn, lent.az-ın səhifəsində "aa, Niqulyadan müsahibə almısınız, sizə ayıb olsun, səviyyəsizlər" yazmaqla səviyyələrini artıracaqlar, camaata "elit", yüksək dəyər sahibləri və böyük musiqinin mühafizəçiləri kimi görünəcəklər. Neçə illərdi jurnalistəm deyib, cümlənin mübtədası ilə xəbərinin yerini hələ də düz yaza bilməyənlər də bir yandan zəhləmizi tökəcək. Sən Allah, gedin ayıbınıza kor olun!

Kəmalə Günəşli adlı bu müğənninin instaqram hesabını 794 min adam izləyir. 794 min! Tiktok səhifəsinin 362 min abunəçisi var. Videolarına 12.8 milyon baxış olub! Ayrı-ayrı videolarına 100 minlərlə baxış var.

Sual yaranır, kimdi bu adamlar? Çinlilərdi, ya yaponlar? Bəlkə uzaq Braziliyadan qulaq asırlar sizin Kəmalə Günəşliyə? Bu uca xalqımızın elit nümayəndələri, sizsiniz, Kəmalə Günəşlini varlandıran da, məşhurlaşdıran da, bizi ondan müsahibə almağa məcbur edən də.

Kəmalə Günəşlini söyməyə öyrəşdiyiniz media, televiziya məşhurlaşdırmayıb. Onu Siz məşhurlaşdırmısınız, çünki sosial şəbəkələrdəki sizsiniz. Onun lent.az redaksiyasına gəldiyi "Lexus"u (Sağlığına qismət!) Siz almısınız. Məhz Siz! O heç bir korrupsiya proyektinin iştirakçısı deyil, tender əməliyyatlarında iştirak etməyib. Özünüzdən hoqqa da çıxartmayın, onu varlılar da məclislərinə dəvət eləmir.

Varlılar bir vaxt sizin kabinetlərdə, palatka toylarında guya lağ üçün oxudub (indi Kəmaləyə etdiyiniz bəhanə kimi), varlandırıb, indi əliniz çatmayan, ad, titul, çoxlu pul qazananları toylarına, məclislərinə çağırır.

Kəmalə Günəşli özü demiş, " kasıb-kusub"un müğənnisidi.

Baxdığınızı, pul xərclədiyinizi, məşhurlaşdırdığınızı Sizə göstərmişik, həm də bütün "səviyyəsi" ilə, niyə qəzəblənmisiniz?

Səmimi olmağı öyrənin, bütün problemlər yalnız bundan sonra həll olunacaq...


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 19 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri