Senat sədri: Rusiya, Qazaxıstan və Azərbaycan təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya, Qazaxıstan və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.
Onun sözlərinə görə, bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 26 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















