Qazaxıstan FHN: Təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya ilə informasiya mübadiləsi aparılır
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə 482 nəfərlik canlı qüvvə, 97 ədəd xüsusi texnika, 10 kinoloji briqada və iki ədəd təyyarə cəlb edilib.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Dilara Nurqaliyeva bildirib.
O deyib ki, prosesin gedişatı zamanı zəruri informasiya videokonfrans rejimində Azərbaycan və Rusiya tərəfinə ötürülür:
“Gördüyünüz kimi, hazırda ərazi hasara alınıb. Əraziyə 482 nəfərlik canlı qüvvə, 97 ədəd xüsusi texnika, 10 kinoloji briqada və iki ədəd təyyarə cəlb edilib. Axtarış-xilasetmə prosesi məhz Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin kinoloqlarının iştirakı ilə davam etdirilir. Rusiya və Azərbaycanla videokonfrans rejimində informasiya mübadiləsi həyata keçirilir. Bütün məlumatlar həmçinin buradakı Komanda Qərargah Məntəqəsinə də ötürülür, biz də prosesi real vaxt rejimində izləyirik”.
Süleyman Həmidov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















