Icma.az
close
up
RU
Senatın sədri: Pakistan və Azərbaycan daim bir birini dəstəkləyən qardaş ölkələrdir

Senatın sədri: Pakistan və Azərbaycan daim bir birini dəstəkləyən qardaş ölkələrdir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.

S.Qafarova qeyd edib ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalq müstəvilərdə bir-birini daim dəstəkləyir və dövlətlərimiz arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

O, ölkələrimiz arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri deyib ki, parlamentlərimiz arasındakı qarşılıqlı əlaqə dövlətlərimizin münasibətlərinin inkişafına da mühüm və müsbət təsir göstərir. Bu baxımdan hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının üzərinə mühüm vəzifə düşür. Qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir, xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik münasibətlər üzərində ötən illər ərzində bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələr formalaşıb. Bu baxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri