Icma.az
close
up
RU
Sənaye zonalarında qeyri neft istehsalı aparıcı yer tutur

Sənaye zonalarında qeyri neft istehsalı aparıcı yer tutur

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Buraxılan məhsullar 70-dən artıq ölkəyə ixrac edilir

Bu gün Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri olan sənayeləşmə ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Son illərdə bu siyasət çərçivəsində yaradılan sənaye zonaları ölkənin qeyri-neft sektorunun gücləndirilməsində, ixrac potensialının artırılmasında və investisiya mühitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas məqsədi də məhz Azərbaycanın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu şaxələndirmək və dayanıqlı iqtisadi artımı gerçəkləşdirməkdir. Sənaye zonalarının yaradılması da məhz bu məqsədlərə xidmət edir. Həyata keçirilən layihələrin nəticəsidir ki, respublikamızda sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi yüksəlib. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, bu sektorda məhsul istehsalı cari ilin I yarısında 1,83 milyard manat (18,7 faiz), ixracı isə 583,5 milyon manat (28,3 faiz) olub.

İndiyədək respublikanın 13 sənaye zonasında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb. 2015-ci ildən cari ilin I yarısı da daxil olmaqla sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi (2024-cü ilin eyni dövrünə nisbətən 28,7 faiz, ixracı 22,4 faiz çox) ixrac edilib.

Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya və Belçika daxil olmaqla, ümumilikdə, dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı ilə ixrac olunub. Sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində də müsbət addımlar atılıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırılıb və 10,9 min daimi iş yeri yaradılıb.

Qeyd edək ki, İZİA-nın idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara, ümumilikdə, 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib. Həmin sənədlər əsasında rezidentlər tərəfindən sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində 520 milyon manatdan, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan çox şəxsi vəsaitə qənaət edilib. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunub.

Azərbaycan Respublikasının müxtəlif regionlarında yaradılan sənaye zonaları artıq qısa müddət ərzində ölkənin iqtisadi həyatında öz yerini tapıb. Bu zonalar qeyri-neft sənayesinin istehsal strukturunda xüsusi çəkiyə malik olmaqla, ixrac həcminin artırılmasına da ciddi təsir göstərib. Sumqayıt Kimya Sənaye, Pirallahı Sənaye, Mingəçevir və Balaxanı sənaye parkları, Neftçala və Masallı sənaye məhəllələri, eləcə də digər regional sənaye zonaları istehsal və emal sahələrində innovativ texnologiyaların tətbiqi baxımından nümunəvi platformalar kimi tanınıb.

Bu zonalarda fəaliyyət göstərən müəssisələr, eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı, kimya, yüngül sənaye, əczaçılıq, tikinti materialları və maşınqayırma sahələrində ixtisaslaşıb. Bunun nəticəsində sənaye zonaları vasitəsilə ölkədə yeni istehsal seqmentlərinin formalaşması, daxili bazarın tələbatının ödənilməsi və əlavə dəyər yaradan məhsulların ixracı xüsusi diqqət çəkib.

Sənaye zonalarının iqtisadi uğurlarının təməlində iş adamlarına yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyi kimi mühüm bir amil dayanması, hökumət tərəfindən həyata keçirilən güzəştlər paketinin investorlarda böyük maraq doğurması bir tərəfdən sahibkarlıq subyektlərinin maliyyə yükünü azaldır, digər tərəfdən isə müasir istehsal texnologiyalarının ölkəyə gətirilməsinə stimul yaradır. Bunun nəticəsində isə rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının artırılması gerçəkləşir.

Sənaye zonalarının iqtisadi faydalarından biri də regionlarda yeni iş yerlərinin yaradılması və investisiya axınının stimullaşdırılmasıdır. Təkcə Sumqayıt Kimya Sənaye Parkında indiyədək milyardlarla manat həcmində sərmayə yatırılıb və minlərlə daimi iş yeri yaradılıb. Eyni zamanda, Neftçala və Masallı kimi regionlarda sənaye məhəllələrinin fəaliyyəti ilə yerli əhalinin məşğulluq imkanları genişlənib, sosial rifah səviyyəsi yüksəlib.

Sözügedən sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulların bir qismi hazırda Avropa və Asiya bazarlarına ixrac olunur. Bu, həm daxili məhsul strukturunun keyfiyyətini artırır, həm də Azərbaycanın dünya bazarlarında rəqabət qabiliyyətini gücləndirir. Sənaye zonalarının rezidentləri tərəfindən ixrac olunan məhsullar yüksək keyfiyyəti, beynəlxalq standartlara uyğunluğu və innovativliyi ilə diqqət çəkir. Burada onu qeyd etmək lazımdır ki, qeyri-neft sənayesi məhsullarının ixracının artması ölkənin tədiyə balansına da müsbət təsir göstərir, valyuta gəlirlərini artırır və milli iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlığını gücləndirir.

Hazırda Azərbaycanda sənaye zonaları coğrafiyasının daha da genişləndirilməsini, yeni sahələr üzrə ixtisaslaşmanı gerçəkləşdirilməsini və innovativ texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasını sürətləndirmək istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, “yaşıl” enerji konsepsiyasına uyğun olaraq sənaye zonalarında alternativ enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr də reallaşdırılır. Bununla da həm ekoloji davamlılıq, həm də istehsalat səmərəliliyinin artırılması reallaşır.

Növbəti mərhələdə Azərbaycanın sənaye zonalarının beynəlxalq əməkdaşlıq platformalarına inteqrasiyası, xarici investisiya cəlbediciliyinin artırılması və regionlararası iqtisadi əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlərdən olacaq. Xüsusilə Çin, Türkiyə, Mərkəzi Asiya və Avropa ölkələri ilə sənaye əməkdaşlığı çərçivəsində yeni sinerji imkanları formalaşacaq.

Sənaye zonalarının təşkili və inkişafı Azərbaycanın qeyri-neft sektorunun transformasiyasında mühüm mərhələdir. Bu zonalar vasitəsilə ölkədə innovasiyaya əsaslanan, yüksək əlavə dəyər yaradan sənaye infrastrukturu qurulur. Dövlətin ardıcıl dəstəyi, əlverişli vergi və gömrük güzəştləri, geniş investisiya imkanları sənaye zonalarını sahibkarlar üçün cəlbedici edir. Bütün bu layihələr nəticəsində sənaye zonaları təkcə iqtisadi artıma deyil, həm də sosial rifaha, regionların inkişafına və ölkənin ümumi rəqabətqabiliyyətinin yüksəldilməsinə töhfə verir.

Azərbaycanın sənayeləşmə siyasətinin bu istiqamətdə davam etdirilməsi ölkəni yaxın gələcəkdə regional sənaye mərkəzinə çevirmək potensialına malikdir. Bu isə iqtisadi müstəqilliyin daha da möhkəmlənməsi və davamlı inkişafın təmin olunması baxımından əhəmiyyətli bir hədəfdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri