Icma.az
close
up
RU
Sənaye zonalarında məhsul istehsalı artıb

Sənaye zonalarında məhsul istehsalı artıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2015-ci ildə sənaye zonalarında 271 milyon manatlıq məhsul istehsal edilmişdirsə, 2025-ci ilin birinci yarısında qeyd olunan dövrdən təqribən 63,5 dəfədən çox 17,2 milyard manatlıq məhsul istehsal edilib. 

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı deyib.

Onun sözlərinə görə, indiyə qədər agentliyin müəssisələri tərəfindən istehsal olunan qeyri-neft sənayesi məhsulları 70-dən çox ölkəyə ixrac edilir. Məhsullar Şərqi və Qərbi Avropa, Şimali və Cənubi Amerika, Asiya, MDB ölkələri, Türkiyə və digər bölgələrə göndərilir.

E. Kazımlı deyib ki, əsas ixrac məhsulları arasında tikinti kimyəviləri, polad, polimer borular, sürtgü yağları, polimerlər, karbamid, kabel, şüşə lövhələr, keramik plitələr, tütün məmulatları, ipliklər, elektrodlar, balıq yemi məhsulları, divar kağızları, müxtəlif növ ayaqqabılar və digər məhsullar yer alır: "Azərbaycanın sənaye zonalarında ilk məhsul istehsalı 2015-ci ildə Sumqayıt Kimya Sənaye Parkında başlayıb. Əgər həmin il milyon manatlarla məhsul istehsal edilmişdisə, hazırda istehsal həcmi milyardlarla manatla ölçülür.

O əlavə edib ki, bu ilin birinci yarısında agentlik tərəfindən 583 milyon manatlıq məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur. Qeyri-neft sənayesi məhsullarının ixracında isə bu göstərici 28,3 %-lik paya malikdir.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri