Icma.az
close
up
RU
Qeyri neft qaz sektorunda sənaye istehsalı 4,8% artıb

Qeyri neft qaz sektorunda sənaye istehsalı 4,8% artıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azdır.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Ümumilikdə sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 0,7 faiz artıb. Neft məhsullarının istehsalı 0,1 faiz, içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyim istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 29,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri