Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Sənayeləşmədə yeni dövr

Sənayeləşmədə yeni dövr

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərb Sənaye Parkı qeyri-neft istehsalının əsas sütunlarından birinə çevriləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq. Yeni Sənaye Parkı “Azəralüminium” MMC-nin istifadəsindəki sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 81,8 hektar torpaq sahəsində, eləcə də Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsində yerləşəcək. Parkın yerləşəcəyi ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün zəruri tədbirlər görüləcək. Azərbaycanda sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edilib.  Bu hədəf strategiyasına uyğun olaraq, ölkəmizdə  yeni mərhələyə daxil olmuş sənayeləşmə milli istehsalın artması ilə yanaşı, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin güclənməsinə töhfə verməkdədir. Son illərdə sənaye zonalarının inkişafını təmin edən investisiya təşviqləri sayəsində müasir texnologiyaların tətbiqi, ən qabaqcıl innovasiya infrastrukturunun qurulması və ixracı stimullaşdıran güclü ekosistemlərin yaradılması geniş vüsət almaqdadır. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması ölkə sənayesinin yeni qollarından biri olmaqla milli sənaye istehsalına dəyər qatacaq müəssisələrdən biri hesab edilə bilər. Azərbaycanın 10-cu sənaye parkı olmaqla, adıçəkilən sənaye zonası respublikamızda sənayeləşmənin əsas mərkəzi ünvanlarından birinə çevriləcək.

Sənaye parkları ixracın artmasını təşviq edir

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət və dövlətin təşviqedici qərarları sayəsində rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiq olunduğu güclü sənaye zonaları bloku formalaşıb. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması və digər sənaye zonalarında yeni rezidentlərin qeydə alınması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Həmçinin cari ilin ortalarında fəaliyyətə başlayan “Laçın Aqro-Sənaye Parkı”ndakı “PIRSHAGHI” və “LATIFA” fabrikləri ölkəmizin sənaye zəncirinə qoşulmaqla ölkə iqtisadiyyatına reinteqrasiyanı təmin etməkdədir.

57 milyard manatdan çox sənaye məhsulu istehsal olunub

Ümumilikdə, respublikamızda fəaliyyət göstərən sənaye parklarında potensialın artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal  sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir. Son 5 ildə Azərbaycanın sənaye zonalarına 750 milyon manatdan çox investisiya yatırılıb, 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib və 4 milyard manatdan çox sənaye məhsulu ixrac edilib. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.

2025-ci ildə yanvar-noyabr aylarında ölkəmizdə 57,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib, qeyri neft-qaz sektorunda istehsal 4,8 faiz artıb.Yəni bu sektorda əlavə dəyərin əsas hissəsi qeyri-neft sənaye sektorunda yaradılıb və sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Sənaye parkları yerli sahibkarlar və xarici investorlar arasında həm də müştərək iqtisadi zəncirin qurulmasını təmin edir. Bütün bunları nəzərə aldıqda Qərb Sənaye Parkının sənaye inkişafında xüsusi əhəmiyyəti olduqca əhəmiyyət kəsb edir.  Gəncə Azərbaycanın ikinci sənaye bölgəsi kimi bir neçə sənaye müəssisəsinin, Avtomobil Zavodunun, istehsal və emal komplekslərinin, yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi ölkə əhəmiyyətli iqtisadi resurs zonasıdır. Eləcə də Şəmkir rayonu ölkəmizin emal sənayesi sektorunda son illər öz potensialını artıran və yeni müəssisələrin qurulması ilə inkişafa töhfə verən bölgələrdən biridir. Bu baxımdan bu bölgədə Qərb Sənaye Parkının yaradılması həmin regionda həm infrastrukturların müasirləşdirilməsi, həm də istehsal-emal və xidmət tipli müəssisələrin açılması üçün də yeni mərhələnin əsasını qoyacaq.

Hədəf qeyri-neft sənayesində ixracın payını 25 faizə çatdırmaqdır

Qərb Sənaye Parkı istehsal və emal xidmətlərinin ixtisaslaşmış sahəsi olmaqla, Azərbaycanın sənaye arxitekturasında yeni sütunlardan birinə çevriləcək. Park ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Park ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq, ümumi sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək.

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sənayenin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, ixracda payı isə 25 faiz olacaq.

Dövlətin institusional, iqtisadi və stimullaşdırıcı dəstəyi isə Azərbaycanın yeni sənaye transformasiyasına keçidi sürətləndirməklə, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən qlobal dəyər zəncirinə inteqrasiyasını təmin edəcək. Bu, öz növbəsində qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi kimi sənayenin aparıcı mövqeyini daha da möhkəmləndirəcək.

E. CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri