Icma.az
close
up
RU
Nigahlar azalır, məişət zorakılığı artır SƏBƏB NƏ?

Nigahlar azalır, məişət zorakılığı artır SƏBƏB NƏ?

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Zorakılığa məruz qalmış şəxsin bu haqda susmaması, zamanında, gecikmədən aidiyyəti qurumlara müraciət etməsi, köməyə, dəstəyə ehtiyacı olduğunu bildirməsi çox vacibdir”


2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət qəbul olunub. 2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 3,3 dəfə artıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirilən kollegiya iclasındakı hesabat çıxışında bildirib: “Gender əsaslı zorakılıqla bağlı 330 müraciət daxil olub, bu da 9,1 faiz artım deməkdir. Komitənin müraciəti əsasında 108 mühafizə orderi verilib. Ötən il qadın dəstək xəttinə 1623 müraciət daxil olub. Uşaq zorakılığı ilə bağlı müraciətlərin sayı isə 3600 olub. Bu, bizi narahat edir". 

Qeyd edək ki, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydasına dəyişiklik “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb. Qısa müddət əvvəl qəbul edilən dəyişikliyə əsasən məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun müvafiq maddələrinə uyğun - məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda 5 gün müddətində, yaxud Qanunun digər müvafiq maddəsi əsas götürülməklə müraciət edilən vaxtdan 24 saat keçənədək yerli icra hakimiyyəti orqanı tərəfindən araşdırılmalıdır. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 gündən çox olmayaraq uzadıla bilər. 

Məişət zorakılığı faktlarının artmasının narahatedici olduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qanuna mütərəqqi dəyişikliklər edilməsi məişət zorakılığının qarşısının alınmasına yönəlsə də, icra məsələsində müsbət irəliləyiş hələ ki hiss olunmur: 

- Qanuna dəyişiklik vacib idi və edildi. Lakin bu, məişət zorakılığının qarşısını nə dərəcədə alacaq? Hesab edirəm ki, problem zorakılığa məruz qalanlar və qanunun icrası ilə bağlıdır. Əslində, qanuna dəyişikliklər məişət zorakılığının qarşısının qısa müddətdə alınmasına hesablanıb. Məişət zorakılığının qarşısının tez bir zamanda alınması vacibdir, çünki burada tərəflərdən birinə ciddi xəsarət yetirmə də ola bilər. Təhlükənin miqyasını minimuma endirmək üçün operativ reaksiya verilməlidir. Müraciətə 5 gün müddətində və ya hallara uyğun 24 saat keçənədək baxılması, xəbərdarlıq edilməsi, zərərçəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilməsi, təhlükənin miqyasını azaltmağa yönəlib. Biz mühafizə orderinin əhəmiyyətini daim vurğulamışıq. Mühafizə orderi zorakılığa məruz qalan şəxsin təhlükəsizliyinin təmini baxımından vacibdir. Amma biz həmişə bir məsələnin vacibliyini vurğulayırıq ki, məişət zorakılığı hallarının artmasının səbəbləri müəyyənləşməlidir. Niyə evli cütlüklər, həyat yoldaşları arasında, lap elə vətəndaş nikahında olanlar arasında zorakılıq, xəsarət yetirmə halları baş verir? Bunun səbəbləri bilinməli, qadın, kişi fərqi yoxdur, çünki təkcə qadınlar deyil, kişilər də zorakılığa məruz qalır. Məişət zorakılığı ifadəsi təkcə qadınlarla assosiasiya edilməməlidir. Səbəblər bilinməlidir ki, zorakılığın əsasında nə dayanır, bu, psixoloji, sosioloji, iqtisadi amillərləmi bağlıdır? Zorakılığa məruz qalmış şəxsin bu haqda susmaması, zamanında, gecikmədən aidiyyəti qurumlara müraciət etməsi, köməyə, dəstəyə ehtiyacı olduğunu bildirməsi çox vacibdir. Sosial sığınacaqlar var, ödənişsiz hüquqi yardım göstərən mərkəzlər mövcuddur, çətin durumda olan insanlar bir sıra hallarda sığınacaqlara yerləşdirilir, müvəqqəti yaşayış yeri ilə təmin edilir, işlə təmin edilənlər olur. Əsas məsələ insanların susmaması, çətin duruma düşdüklərini bildirmələridir. Zorakılığa məruz qalmış şəxsin müvəqqəti sığınacağa yerləşdirilməsi barəsində yekun qərar qəbul edilənədək onu təhlükədən uzaqlaşdırır. Qanuna dəyişiklik edilməklə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti ilə yanaşı, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar da əksini tapıb. Çox yaxşı haldır ki, şikayətlərə baxılma zamanı hüquqşünaslar, vəkil, psixoloq, hətta pedaqoqların da iştirakı zəruri hesab edilib. Çünki ailə təkcə həyat yoldaşlarından – ata-anadan ibarət deyil. Uşaqlar da var və zorakılıq halları daha çox uşaqlarda psixoloji travma yaradır. Zorakılığa əl atan bunun ailəsində, ictimaiyyətdə hansı reaksiya doğuracağını və hansı fəsadlar verə biləcəyini də düşünməlidir.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri