Icma.az
close
up
RU
Sənayi Azərbaycana niyə gəlmişdi? ŞƏRH

Sənayi Azərbaycana niyə gəlmişdi? ŞƏRH

Icma.az bildirir, Modern.az portalına istinadən.

Aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfər edib. Onun səfərinin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı olduğu bildirilir. Sənayi Bakıda mühüm görüşlər keçirib.

Modern.az-a açıqlamasında Sənayinin ölkəmizə səfərini şərh edən Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, belə səfərlər olduqca önəmlidir:

"Bir müddət əvvəl Azərbaycan-İran münasibətlərində gərginlik vardı. Artıq bu gərginlik aradan qaldırılıb. İndi bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bu olduqca önəmli hadisədir. Artıq İran-Azərbaycan münasibətləri yeni bir mərhələyə daxil olub. Nəzərə almalıyıq ki, İran qonşumuzdur və güclü dövlətçilik ənənələrinə sahibdir. Bu gün dünyada çox ciddi proseslər gedir. Geosiyasi vəziyyət heç də yaxşı deyil. Ona görə də biz qonşularımızla münasibətlərimizi gücləndirməliyilk. Son zamanlar Azərbaycan rəsmiləri İrana səfərlər etmişdilər. Yəni biz xatırlayırıq ki, ölkəmizin Baş naziri, Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev İranda səfərdə olub. Çox yaxşı, səmərəli görüşlər keçirildi və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı tərəflər arasında əlaqələr yeni mərhələyə daxil olub. O mənada İran Prezidentinin siyasi məsələlər üzrə müşavirinin səfəri çox önəmlidir. O, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edildi, eləcə də Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı tərəflər arasında əlaqələr yeni mərhələyə, dövrə daxil olub".

Deputat vurğulayıb ki, əlaqələrin inkişafı həm Azərbaycana, həm də İrana lazımdır:

"Digər görüşlərin də keçirilməsi nəzərdə tutulur. Yəni gələcəkdə İran Prezidenti də Azərbaycana səfər edəcək. Aprel ayında bu səfərin baş tutuması ilə bağlı fikirlər var. Bütün bu məsələlər, addımlar əlaqələrimizin daha da inkişaf etdiyini göstərir. Əlaqələrin inkişafı həm Azərbaycana, həm də İrana lazımdır. Ona görə düşünürəm ki, bu cür əlaqələrin inkişafını yüksək qiymətləndirməliyik. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin növbəti bir uğuru kimi nəzərdən keçirməliyik. Biz inanırıq ki, növbəti mərhələdə əlaqələrimiz daha da inkişaf edib, güclənəcək və aramızdakı fikir ayrılıqları aradan qalxacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri