Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Sənə də son dəfə əlvida deyim... Nobel mükafatçısının şeirləri

Sənə də son dəfə əlvida deyim... Nobel mükafatçısının şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün görkəmli italyan şair, Nobel mükafatı laureatı Salvatore Kvazimodonun anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun şeirlərini təqdim edir.

Səndən başqa kimim var, ürəyim
Sənə olan eşqim dərddə batırır məni,
Ah, torpağım mənim, axşam
portağalların,
qızılı dəfnə yarpaqlarının
mübhəm ətrini hiss etdirəndə,
bir də o çağın şehi,
dağ çayı özüylə
qızılgüllərin ətrini
dodaqlarına qədər gətirir.
Ancaq nə vaxt ki, sənin sahillərinə yan alıram
şirin bir səs - bülbül səsi
küçələrin birindən qalxdımı, qorxu bürüyür məni
bilmirəm uşaqlığımmı, eşqmi toxunacaq mənə,
yaxud özgə səmaların qüssəsi
İtmiş şeylərin arasında gizlənirəm...
Güzgü
Budur, budaqlarda
Tumurcuqlar açılır,
Qəlbi sökülür tumurcuqların
təptəzə otların yaşılı
ürəyə su səpir,
sığallayır ürəyi,
gövdəsi ölmüş kimidir
hansısa çuxura yıxılıb, sanki...
Hər şeyi möcüzə kimi qəbul edirəm,
Mən buluddan düşən bir damcı suyam,
Bircə damcı -
Bir əlçim mavi səmanı
arxın üzündə əks etdirir, göstərir,
tumurcuqlarda gizlənən yaşıllığam
keçən gecə
bağrı söküldü,
açıldı.
Arxasıüstə talada uzanan
çiçəkli qadın
Gecə yağışlarını gözlərkən
Sirr gətirdi özüylə,
yəni buludlar necə dəyişdi
beşiklərdən laylalar dalğa-dalğa
axıb getdi;
mənsə ölmüşdüm o zaman.
Göylə yerin arasındakı şəhər
sonuncu sığınacaq yerimdi,
hər tərəfdən keçmişin
qadınları səsimə hay verirdi,
anamsa cavanlaşmışdı
ehmalca qızılgülləri dərib
çələng hörürdü mənə.
Gecə qapının ağzını kəsdirmişdi,
uduzlar
qızılı xətlərin üstüylə
süzüb gedir, işıq saçırdılar,
birdən məni gördülər
gizləndiyim yerdə
açıq bağları xatırlatdılar
bir də həyatın mənasını.
Ancaq arxasıüstə
talada çiçəklərin arasında uzanmış qadının
təbəssümü öldürdü məni...

Yatmış çayların saflığı
Xoşbəxt limanlarda tapıram səni,
gecə üzən gəmidə,
göydəndüşmə, xoşbəxt saatda,
demək olar yeni sevincin istiliyində,
səssiz yaşamağın acı firavanlığında.
Bakirə cığırlar
yatmış çayların saflığını imtahana çəkər:
mən hələ də
adını sükutun içində eşidən
bir sərsəriyəm,
o zaman ki, onlar ölmüş adamları çağırarlar.
Ölümsə artıq
ürəkdə bir yer, bir məkan adıdır.
Əlvida
Vaxtın necə keçdiyini bilmədən
günəş batdı.
Axşam məkanın son şəfəqləriylə
işıqlanacaq indi
uzun və yorğun kölgəmi hiss edirəm.
Hava necə zərif, necə yüngüldü,
meh də gözəl, gözəllər gözəli,
adamın əli gəlmir
nəyisə dəyişdirsin
əbədiyyət necə var eləcə qalsın,
ürəkdə hönkürtünün kəsib doğradığı aman kimi.
Ancaq bu bir axşam, bu bir gecədir
sevdiyim həyat batıb gedir, qərq olur.
Gün gözəl idi, ancaq çəkib getdi.
Səni də şeirim, canımdan çıxarıb bir yana qoyum,
Sənə də son dəfə əlvida deyim.
Gecə əsgərlər ağlar
Nə xaç, nə Qolqof çəkici,
nə də uşaqlığın müqəddəs xatirələri
müharibəni dayandıra bilər,
gücləri çatmaz buna.
Gecə, ölümün bir addımlığında
bu güclü əsgərlər ağlar
çoxdan, sülh vaxtı öyrəndikləri
sözlərin qabağında heydən düşüb
ölərlər
adsız çayların göz yaşları
axdıqca axar...
Onu Tanrı bilirəm
Onu Tanrı bilirəm
Sənin yanında olanı deyirəm
ağzını açdınmı
səsini elə gözəl dinlər ki...
Və gülər bir aşiq kimi. Birdən
onu görər-görməz ürəyim
sinəmdə tərpənər, səsin
dilimdə azıb qalar, sustalıb qalar.
Dəli bir alov dərimi bürüyər,
gözlərim qaralar, qanın hay-harayı
qulaqlarıma çatar...
Qan-tər içində əsirəm
solub-saralmış ot kimiyəm
vəcdlə ölümə doğru gedirəm.
Bu şirin alma
Bu şirin alma
ağacın təpəsində,
yarpaqların arasında
qızarır, hər gün bir az da şirinləşir
ağacın lap kəlləsində,
alma dərənlər unudublar onu
yox, yox, unutmayıblar,
ancaq hədər,
onu dərmək
kimsəyə nəsib olmaz...

Tərcümə: Cavanşir Yusifli

Möminə Xatun türbəsi bərpa edilir Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi? Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri