Icma.az
close
up
RU
Sənədsiz evlər probleminin həlli ilə bağlı YENİ TƏKLİFLƏR FOTO

Sənədsiz evlər probleminin həlli ilə bağlı YENİ TƏKLİFLƏR FOTO

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Sənədsiz evlər probleminin həlli ilə bağlı yeni təkliflər var. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: “İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir”.

Moderator.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müvafiq qanun layihəsi hazırlanır

R.Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: “Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.

Yanvarın 1-dən “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun da qüvvəyə minib. Bu qanunla kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək. Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçiriləcək.

Bəs görəsən, yeni qaydalardan kimlər yararlana biləcək? 400 minə yaxın evin sənədləşdirilməsi prosesini hansı müddətə qədər başa çatdırmaq mümkün olacaq?

Proses asan olmayacaq

“Rieltorlar Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sənədləşdirilməsi prosesi asan olmayacaq. Çünki bu, kökü dərin olan bir problemdir: “Hazırda belə tikililərin sayı yarım milyondan çoxdur. Vətəndaşların əllərində ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. Güman edirəm ki, ilkin sənədləri olan əmlaklar üzərində mülkiyyət hüququnun tanınması çətin olmayacaq. Yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq və ilkin sənədi olanların mülkiyyət hüququ tanınacaq”.

Ekspertin fikrincə, heç bir sənədi olmayan tikililərin sənədləşdirilməsi məsələsi sual altındadır: “Bu evlərin leqallaşdırılması qəliz məsələdir, zaman aparacaq. Yaxın beş ildə prosesin həlli mümkün görünmür. Çünki həmin tikililər arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət qırmızı zonada tikilən evlərdən gedir. Yeni qaydalardan həmin əmlak sahibləri yararlana bilməyəcəklər”.

Qarabağda şəhərsalma prosesi sürətlənəcək

Ekspert vurğulayıb ki, bu qaydalar işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin daha da sürətlənməsinə imkan yaradacaq: “Bir neçə müddətdir ki, böyük şəhərlərin baş planları hazırlanır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin də baş planları hazırlanır və təsdiq olunur. Bu ərazilərdəki torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır. Onların dövlət tərəfindən tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq təyinatlarının dəyişdirilməsi məsələsi baş tutmalıdır ki, həmin ərazilərin yaşayış məntəqələrinə çevrilməsinə qanun icazə versin. Yəni, 2025-ci ildən bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsində birinci məqsəd budur. Bunun fonunda ölkənin digər ərazilərində yaşayış məntəqələrinə çevrilmiş kənd təsərrüfatı təyinatlı torpaqların avtomatik olaraq təyinatının dəyişdirilməsi üçün müvafiq qurumlar tərəfindən normativ-hüquqi sənədlərin hazırlanması prosesi gedəcək. Bu, həmçinin sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində atılacaq növbəti addım olacaq”.

Fərdi müraciət xaotik vəziyyət yarada bilər

Ekspert hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müraciət fərdi qaydada qəbul edilərsə, effekti olmayacaq: “Bununla bağlı xüsusi portalın yaradılması nəzərdə tutulur. Məqsəd prosesi asanlaşdırmaq, vətəndaş məmnuniyyətini artırmaqdır. Amma müraciətlər fərdi qaydada qəbul ediləcəksə, effekt verməyəcək. Məsələn, Bakı şəhərinin ətrafında salınmış qəsəbə tipli Şuşa şəhərciyində təxminən 2 minə yaxın tikili var. Həmin qəsəbə kənd təsərrüfatı təyinatlı torpaqda salınıb. Vaxtilə bu torpaqlar bələdiyyənin balansında olubsa, sənədləşmə ilə bağlı müraciət də həmin qurum tərəfindən edilməlidir. İlkin olaraq bələdiyyələr tərəfindən bu torpaqların kadastr planları hazırlanmalıdır”.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə nəzarət artacaq

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, bu ilin yanvarından qüvvəyə minən yeni qaydalar daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadəsinin optimallaşdırılması məqsədi daşıyır: “Deyək ki, bir vətəndaşın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Amma məqsədli istifadə növü əkinçilikdir. Yeni qanunla mülkiyyətçi Dövlət Xidmətinə elektron qaydada müraciət edərək tutaq ki, bağçılığı əkinçiliyə, əkinçiliyi bağçılığa dəyişdirəcək. Mülkiyyətçinin beş hektar və daha artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa, həmin torpaq sahəsinin bir faizini keçməmək şərtilə yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək”.

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək.

Real nəticələr yoxdur

Ekspert bildirib ki, torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq: “Bu günə kimi bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr yoxdur. Ümid edirik ki, bu dəfə olacaq. Məsələnin yubanması vətəndaşlarla yanaşı, dövlət üçün də ziyandır. Dövlət bu sahədən əmlak və torpaq vergisindən gəlir götürə, sığorta şirkətləri bu tip əmlakları sığortalaya bilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri