Icma.az
close
up
RU
Sənədsiz ev probleminin həlli niyə gecikir...

Sənədsiz ev probleminin həlli niyə gecikir...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda 1 milyona yaxın, paytaxtda isə 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Uzun illər müzakirə olunan bu problem hələ də öz həllini tapmayıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən il verdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində işçi qrupu yaradılıb. İlkin mərhələdə sənədsiz evlərin təyin olunaraq dövlət qeydiyyatına alınması nəzərdə tutulur. Bu məqsədlə yeni elektron portalın ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcəyi planlaşdırılır.

Rəsmi məlumata görə, prezidentin 17 noyabr 2023-cü il tarixli Fərmanı əsasında hazırlanan sənədlər toplusu artıq aidiyyəti qurumlara təqdim olunub. Sistemin istifadəyə verilməsi ilə daşınmaz əmlakla bağlı əməliyyatlar vahid portal üzərindən aparılacaq və vətəndaşlar prosesin gedişatını izləyə biləcəklər. Ancaq portal hələ də istifadəyə verilməyib.

Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı Modern.az-a bildirib ki, bu problem təkcə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həll edilə bilən problem deyil.

"Bu qurum qeydiyyat orqanıdır və " şınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunla tənzimlənən məsələləri həll edir. Həmçinin, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində proqramlar icra edir. Bu istiqamətdə təkliflər irəli sürülüb və prosesin tezləşdirilməsi, səmərəli təşkili üçün elektron sistemin yaradılması aktualdır. Amma yekun qərar olmadığına görə, icrasının tam forması məlum deyil.

Ekspert qeyd edib ki, təəssüf ki, bu məsələnin həlli ötən ilin sonuna kimi bitməli idi. Lakin, hələ də davam edir. Ümid edirik ki, ilin ilk yarısında bu məsələ ilə bağlı qərar qəbul ediləcək. O zaman prosesi tam təhlil etmək mümkündür. İlkin məsələ, müraciətlərin sürətli və elektron şəkildə qəbul edilib, həll edilməsidir".

Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri