Icma.az
close
up
RU
Zahid Oruc tıxac probleminin həlli ilə bağlı yeni təkliflər səsləndirdi

Zahid Oruc tıxac probleminin həlli ilə bağlı yeni təkliflər səsləndirdi

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin payız sessiyasının ilk iclası keçiirilib. Millət vəkilləri əvvəlcə ötən sessiyada görülən işlərə müsbət qiymət verərək, qarşıdakı dövrlə bağlı mühüm təklif və ideyalarını səsləndiriblər. Xüsusilə, Bakı şəhərində nəqliyyatın hərəkəti və tıxac problemi ətrafında müvafiq nazirliklərlə birgə tədbirlərin həyata keçiriliməsinin vacibliyindən danışılıb.

Çıxışlara münasibət bildirən Milli Məclisin Komitə sədri Zahid Oruc qaldırılan məsələlərin təkcə ictimai, sosial deyil, həm də iqtisadi xarakterini daha geniş aspektdən qiymətləndirməyə çalışıb, tıxac probleminə münasibətdə  peşəkar təhlillərə və araşdırmalara ehtiyac olduğunu vurğulayıb.

O qeyd edib ki, nəqliyyatın intellektual idarə olunması tənzimləmə baxımından uğurlu nəticələr verə bilər. Çünki şəhərə daxil olan əsas axınların, xüsusilə dövlət hakimiyyəti orqanlarının yerləşdiyi ərazilər və məktəblərdə şagird sıxlığı nəzərə alınmaqla təşkil edilən yol idarəçiliyi müəyyən qədər müsbət təsir göstərər. O cümlədən, uşaqların yaxın məktəbləri seməsi, məktəb avtobusu mexanizminin effektiv işləməsi və oxşar təcrübələr dünyada geniş yayılıb.

“Bir neçə gün öncə ölkəmizdə differensial iş qrafikinin tətbiqinin də şahidi olduq. Əslində, bunu müsbət qiymətləndirmək olar, çünki pik saatlar müəyyən qədər dəyişir. Lakin ölkə başçısı kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiya məsələsinə xüsusi toxundu və narahatlığını ifadə etdi. Kənd əhalisinin daimi məskunluğunun təmin edilməsi paytaxta əhali axınını azaltmaq üçün mühüm dövlət siyasətinə çevrilə bilər.

Əgər dövlətin müvafiq nazirliklərinin yerli xidmətləri öz fəaliyyətlərini tələbat və rentabellik prinsipi üzərindən qurursa, o zaman poçt, rabitə, tibb məntəqələri və digər sahələrin optimallaşdırılması son nəticədə kənd məktəblərində təhsilin vəziyyətinə birbaşa təsir edir. Nəticədə şagird sayının azalması məktəblərin bağlanması təhlükəsini yaradır.

Əgər ötən onilliklərin nailiyyətlərinə yenidən nəzər salsaq, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərliyi dövründə bölgələrin əhatə dairəsinin xüsusilə genişləndirilməsi Azərbaycanda kəndlərin sayının 4400-ə çatmasına səbəb olmuşdu.

Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun.

Ona görə də biz çalışmalıyıq ki, tıxacların aradan qaldırılması və paytaxta axının yaratdığı problemlərin həlli məqsədilə tunellərin, yol qovşaqlarının və yeni yolların salınması siyasəti ilə yanaşı, əhalinin paytaxta kütləvi gəlişinin mənzil və əmək bazarına yaratdığı təzyiqin qarşısını alacaq xüsusi dövlət siyasəti də həyata keçirilsin.

Qarabağ münaqişəsi və neft hasilatının aşağı düşməsi fonunda kəndlərdə enerji tariflərinin aşağı salınması, emal müəssisələrinə sıfır vergi siyasətinin tətbiqi, kredit siyasətində yerli bölgələrə üstünlük verilməsi, o cümlədən müəllim və həkimlərə xüsusi imtiyazlı yanaşma daxili miqrasiyanın azalmasında önəmli rol oynaya bilər.

Böyük qayııdş nəticəsində ərazisi az qala Küveytə bərabər olan yeni Vətən salınır. Tariximizdə müqayisə olunmayan bir hadisə əhalinin otuz ildən artıq məcburi köçkün düşdüyü rayonlarda əbədi yaşamasını təmin edəcək. Eyni zamanda, digər kənd və xüsusilə sərhəd bölgələrinə də əhalinin məskunluğu, daimi yaşayışı siyasəti əhalinin bütün coğrafiyamız üzrə mütanasib paylanmasını təmin edər. Belə siyasət nəinki paytaxtın yüklənməsinin qarşısı alar, o cümlədən hərbi təhlükəsizliiyi ayrılmaz hissəsi olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Sentyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri