Icma.az
close
up
RU
Sənədsiz evlərin günahkarları kimlərdir? Video

Sənədsiz evlərin günahkarları kimlərdir? Video

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Gecəqondu" adlandırdığımız, yaxud mülki qanunvericiliyə əsasən "özbaşına tikili" hesab edilən evlərin orada necə inşa olunduğunu hamı yaxşı bilir. Həmin evlərin peyda olmasında yerli idarəetmə orqanlarının rolu və əməyi var. Hətta bəzi yerlərdə, məsələn, neft ərazilərində bir yox, bir neçə qurumun məsuliyyəti ortaya çıxır. Bu səbəbdən sənədsiz evlərin necə mövcud olması ilə bağlı günahkar axtarmaq, məsuliyyətə cəlb etmək üçün gecdir.

Axar.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Axar TV-nin "Gündəm" layihəsinin qonağı olarkən deyib.

Sənədsiz evlərin sənədləşdirilməsi prosesinin hansı mərhələdə olduğunu açıqlayan ekspert bununla bağlı qərarın cari ilin ilk 6 ayında qəbul ediləcəyini bildirib:

"Ötən il bu istiqamətdə ciddi müzakirələr aparıldı. Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxs və Ədliyyə Nazirliyinin birgə iştirakı ilə bir neçə ictimai müzakirə təşkil olundu, elektron informasiya sisteminin yaradılması ilə bağlı işlərə başlanıldı. Hətta ötən ilin sonuna doğru bu işlərin yekunlaşacağı və qərar qəbul olunacağına dair fikirlər var idi. Yəqin ki, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar bu proses bir qədər gecikdi. Bu istiqamətdə texniki işlər demək olar ki, yekunlaşıb. Normativ hüquqi aktlarda bəzi dəyişiklik edilməsi istiqamətində də işlər görülür. Düşünürəm ki, 2025-ci ilin ilk yarasında sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq".

Sənədləşdirilmə prosesinin sadələşdirildiyini bildirən ekspert bu layihədən kənarda qalacaq istisna ərazilərin olduğunu xatırladıb:

"Mühafizə zolaqlarına düşən, vulkanik ərazilərdə yerləşən, eyni zamanda Binəqədi, Balaxanı kimi bəzi ərazilər var ki, həmin yerlər aktiv mədən əraziləridir, bu yerlərdə tikilən sənədsiz evlər istisna olmaqla digər bütün ərazilərdəki fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi proqram üzrə həllini tapacaq. Belə evlərin sənədləşdirilməsi üçün qaydalar da sadələşdirilir. Vətəndaşlar elektron qaydada, heç bir müvafiq quruma getmədən öz məlumatlarını orada yerləşdirəcəklər. Həmin məlumatlar emal olunduqdan sonra tikilərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq".

İndiyə kimi nə qədər mənzilin sənəd problemi həll olunub? İstisna ərazilərdə yerləşən evlərin, orada yaşayan sakinlərin aqibəti necə olacaq? Dövlət sənədsiz evlərlə bağlı hansı prioritet əsas götürür? Hansı səbəbdən sənədsiz evlərin sənədləşdirilməsi məsələsi gecikir? Bununla bağlı qərar qəbul edildikdən sonra nə qədər müddətə icra ediləcək?

Ətraflı Axar TV-nin "Gündəm" layihəsinin növbəti buraxılışında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri