Icma.az
close
up
RU
Sənədsiz evlərin qiyməti niyə düşür?

Sənədsiz evlərin qiyməti niyə düşür?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Son vaxtlar Azərbaycanda əmlak bazarında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Yeni tikilən həyət evlərinin qiymətləri nəzərəçarpacaq dərəcədə (20 %) aşağı düşüb. Səbəb sənəd çatışmazlığıdır: çıxarışı (kupça) olmayan evlər qaz, işıq və su kimi əsas kommunal xidmətlərin təminatında ciddi çətinliklərlə üzləşir. Bu da insanları sənədli mənzillərə, xüsusilə çoxmənzilli binalara üstünlük verməyə vadar edir.

Sənədsiz evlərin qiymətinin düşməsinin səbəbləri

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak bazarı üzrə iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, 2023-cü ildə qəbul edilən "Elektroenergetika haqqında" qanun sənədsiz olan yeni tikililərə kommunal xidmətlərin göstərilməsini qadağan edib: "Bu cür evlərdə su, qaz və elektrik enerjisi təmin edilmir. Bu da həmin obyektləri yaşayış üçün əlverişsiz edir".

Söhbət kommunal şəbəkələrinə qoşulacaq sənədsiz tikililərdən gedir. Buna baxmayaraq, ekspertin sözlərinə görə, ümumiyytələ sənədsiz evlərin qiymətləri gələcəkdə daha da aşağı düşəcək, çünki bu obyektlərin hüquqi təminatı yoxdur. "Alıcılar üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilən çıxarışla təmin olunmuş əmlak daha cəlbedicidir, çünki yalnız bu sənədlər əmlak üzərində hüquqi təminatı təmin edir. Bu səbəbdən vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdırlar".

Elektron əmlak

Mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır.

Yeni platforma vətəndaşlara daşınmaz əmlakla bağlı əməliyyatların (alqı-satqı, icarə, mülkiyyətin qeydiyyatı) daha rahat və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək. Əmlak idarəetmə sistemi vasitəsilə vətəndaşlar daşınmaz əmlaklarına dair bütün hüquqi sənədləri elektron formada əldə edə və idarə edə biləcəklər. Bu isə mülkiyyətin hüquqi statusunun dəqiq müəyyənləşdirilməsi və alqı-satqı proseslərinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Sistem daxilində elektron reyestr, mülkiyyət qeydiyyat modulu, əmlakın hüquqi vəziyyəti barədə məlumatların axtarışı, əmlak sahibləri üçün fərdi kabinet və onlayn ödəniş kimi xidmətlər təqdim ediləcək. Bundan əlavə, sistemdə məlumatların təhlükəsizliyi və məxfiliyi təmin ediləcək, bütün əməliyyatlar blokçeyn texnologiyası ilə qorunacaq.

"Bürokratik maneələrin azalması ilə əmlak bazarının inkişafı daha da sürətlənəcək", - deyə ekspert vurğulayıb. Eyni zamanda, dövlətin vergitutma və əmlak idarəçiliyi sahəsində gəlirlərinin artması gözlənilir.

Əmlak bazarında qiymət artımı

V. Oruc bildirir ki, 2024-cü ilin sonuna sənədli obyektlərin qiymətlərində 13-15 % artım gözlənilir. İnşaat materiallarının bahalaşması və işçi qüvvəsinin qiymətinin yüksəlməsi bu artımı sürətləndirən əsas amillərdir.

Bundan əlavə, gələn il yeni inşa ediləcək çoxmənzilli binalarda və yaşayış komplekslərində qiymət artımı 15-17 %, təkrar mənzil bazarında isə 10-13 % artım proqnozlaşdırılır. Xüsusilə Bakı şəhərinin mərkəzi rayonlarında (Nərimanov, Səbail, Nəsimi və Xətai) bu proses daha sürətli olacaq.

Adətən sənədsiz evlərin qiyməti sənədli evlərə nisbətən 10-15 % daha ucuzdu. Lakin, mütəxəssislərin fikrincə, gələcəkdə sənədsiz evlərə olan tələbatın kəskin şəkildə azalması gözlənilir.

"İşğaldan azad olunmuş ərazilərdə isə daşınmaz əmlaka maraq artacaq. Bərpa işlərinin sürətli davamı və turizmin inkişafı bu bölgələrdə əmlak bazarının dirçəlməsinə yol açacaq", - deyə ekspert əlavə edib.

V. Orucun sözlərinə görə, Azərbaycanda sənədsiz evlərin sayı 1 milyona yaxındır: "Bakıda və Abşeron rayonunda 500 minədək çıxarışsız ev mövcuddur. Qalanı isə bölgələrin payına düşür. Bu rəqəmlər ölkədə əmlak bazarının geniş həcmdə qeyri-rəsmi sahələri əhatə etdiyini göstərir".

Xarici təcrübə

Xarici təcrübə göstərir ki, sənədsiz evlərin leqallaşdırılması əmlak bazarının inkişafını sürətləndirir və dövlət büdcəsinə əlavə gəlirlər gətirir. Bu cür islahatlar bazarın şəffaflığını artırır, vətəndaşlara hüquqi təminatlar verir və dövlətin vergi bazasını genişləndirir. Türkiyə və Gürcüstan qonşu ölkələr olaraq bu sahədə uğurlu islahat nümunələri təqdim edir və onların təcrübəsi əmlak bazarının inkişafında diqqətəlayiq rol oynayır.

Məsələn, Türkiyədə 2018-ci ildə qəbul edilən "İmar Barışı" qanunu ilə 31 dekabr 2017-ci il tarixinədək inşa olunmuş sənədsiz tikililər rəsmi çıxarışlar ("Yapı Kayıt Belgesi") alaraq leqallaşdırılıb. Bu proqram çərçivəsində 7 milyondan çox sənədsiz ev rəsmi qeydiyyata düşüb və kommunal xidmətlərə çıxış əldə edib. Bunun nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları artıb, vətəndaşlar hüquqi təhlükəsizlik əldə edib, əmlak bazarında şəffaflıq təmin olunub.

Gürcüstanın təcrübəsi də diqqətəlayiqdir. 2024-cü ilin yanvarın 1-dən tətbiq olunan tikinti amnistiyası fərdi torpaq sahələrində yerləşən qanunsuz tikililəri leqallaşdırmağı hədəfləyir. Bu islahat təxminən 1 milyon nəfəri əhatə edir və minlərlə evi rəsmi qeydiyyata alaraq bir sıra imkanları təmin edib. Belə ki, əmlak sahibləri kommunal xidmətlərdən istifadə hüququ qazanıb, hüquqi münasibətlər möhkəmlənib, əmlak bazarı daha sistemli hala gətirilib.

Hər iki ölkənin təcrübəsi göstərir ki, əmlak bazarında qanunsuz tikililərin leqallaşdırılması həm iqtisadi, həm də sosial baxımdan müsbət nəticələrə gətirib çıxarır. Bu uğurlar Azərbaycanda da əmlak bazarının inkişafı üçün faydalı təcrübə ola bilər. /report

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri