Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Sənədsiz evlərlə bağlı TƏKLİF: Çətindir, xahişlə həll olmur

Sənədsiz evlərlə bağlı TƏKLİF: Çətindir, xahişlə həll olmur

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşməsi ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir. Ölkə Prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəblər var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.  

Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var. “Amma əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir. Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm. Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönündə parlamentin də iştirakında fayda görürəm”, - o qeyd edib.

Deputat əlavə edib ki, evlərin sənədləşmə prosesinin ikinci ən ağır tərəfi isə rayon, qəsəbə və kənd evləri ilə bağlıdır: “Adamlar evini tikib, düz 50-60 ildir ki, yaşayırlar. Amma evlərinə sənəd ya vaxtında düzəltməyiblər, ya da süründürməçilik ilə üzləşiblər. Fakt budur ki, xüsusən də aran rayonlarında yaşayan kənd əhalisinin evlərinin sənədləri yoxdur və onu düzəltmək üçün də həm böyük xərc, xeyli sənəd toplama və zaman tələb olunur. Bir neçə aylıq səylərdən sonra məsələ keçir süründürməçiliyə, məsuliyyətsizlik və diqqətsizliyə. Kəndçi də həm hüquqi biliklərinin olmaması, vəkil tutmağa pulunun kasadlığı və buna bənzər digər səbəblərdən sənədləşmə işini yarımçıq qoyur və məsələ sıfır nöqtəsinə dönür. Bu səbəbdən bir çox insanlar evlərinə qaz xətləri də çəkə bilmirlər. Çünki ASAN xidmət konkret sənədlərlə və tam olaraq qanuna söykənərək işləyir və o xidmətdə xahişlə məsələ həll olunmur”.

Deputat təklif edib ki, bu məsələ ilə bağlı da təklif etdiyi deputat tərkibi məşğul olsun və sadələşdirici və təmərküzləşdirici təkliflərini hazırlayıb təqdim etsin: 

“Üçüncü ağır məsələ torpaqların sürüşməsi ilə bağlıdır. Vətəndaşlar torpaq alıb ev tikib, yaxud digər məqsədlər üçün istifadə edir. Elə torpaqlar var ki, az qala 50-100 metr sürüşüb. Əgər yeni geolokasiya parametrlərinə görə sənədləşmələr aparılsa, yalan olmasın, gərək 30-40 faiz evlər, obyektlər sökülə. Bu problemlərlə bağlı xeyli sayda məhkəmə işləri var. Amma etiraf edək ki, məsələnin həlli çox çətindir. Təbii ki, çıxış yolu olmamış deyil və istərdim ki, təklif etdiyim deputatlardan ibarət tərkib bu məsələ ilə də bağlı məşğul olub təkliflərini hazırlasın. 

Sonunda müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük tərkibdə tədbirin keçirilməsini və tövsiyələrin də təqdim olunmasını təklif edirəm”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri