Icma.az
close
up
RU
Sənət bayramı başa çatdı

Sənət bayramı başa çatdı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şənliklərin mənzərəsi oxuculara çatdımı?

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16–18 iyulda ölkəmizdə keçirilən növbəti Vaqif Poeziya Günləri Şuşada ötən şənbə sona yetdi. Şeir-sənət bayramının proqramı əsasən, Şuşada, eləcə də Qazaxda və Ağdamda bir sıra maraqlı tədbirlərlə zəngin oldu.

Bayramın son günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”, “Diş ağrısı”, “Qiraət”, “Bomba” hekayələri əsasında hazırlanan “Sözün gülüşü – Şuşa hekayələri” adlı interaktiv meydan tamaşası ilə səhnəyə çıxıb. Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, musiqi rəhbəri Məhəmməd Məmmədov olan tamaşada Əməkdar artistlər Əzizağa Əzizov və İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev və Nigar Rüstəmova seyrçilərə bol gülüş bəxş ediblər.

“Şuşa gecələri – interaktiv poeziya saatı” adlı ədəbi-bədii gecə AYB-nin poeziya bölməsinin sədri, şair İbrahim İlyaslı və birliyin gənclər şurasının sədri, yazar-esseist Fərid Hüseynin aparıcılığı ilə düzənlənib. Şairlər Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və başqaları şeirlərini səsləndiriblər. Sonra bədii qiraətçilərin ifasında klassik Azərbaycan poeziyasından nümunələr oxunub.

Vaqif Poeziya Günləri “Sözün zəfəri – Zəfərin sədası” adlı konsertlə sona yetib. Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunan konsertdə görkəmli bəstəkarlarların əsərləri səsləndirilib. Proqramda xalq mahnıları da ifa olunub. Azərbaycan Dövlət Rəqs Ansamblı isə milli rəqslərimizi təqdim edib. Əməkdar artistlər Rəşad İlyasov, Babək Niftəliyev və Aqşin Abdullayev, həmçinin solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Günay İmamverdiyeva, Nurlanə Abdullayeva, Arif Mehmandost, Habil Məmmədov və şagirdləri, eləcə də II Uşaq İncəsənət Festivalının qalibi Mehdi Niftəliyevin ifası uğurlu alınıb. Şuşa sakinləri və mədəniyyət paytaxtımızın qonaqları konsert proqramını alqışlarla qarşılayıblar.

Ənənəvi poeziya bayramını ölkəmizdə mədəniyyətin, ədəbiyyatın təbliğinə dövlət səviyyəsində diqqət baxımından növbəti uğur kimi dəyərləndirməklə bərabər, təəssüflə qeyd etməliyik ki, mediada işıqlandırılması o qədər də yaxşı təşkil olunmamışdı. Xəbərlər, xüsusilə də son günün məlumatları sistemsiz, pərakəndə verildi. Operativlik çatışmırdı. Məsələn, bayramın son günü ilə bağlı ilk rəsmi informasiya yalnız saat 20:45-də paylaşıldı. XQ və digər gündəlik qəzetlər, saytlar əsas bayramın mənzərəsini əks etdirməyən natamam xəbərləri bir-birindən köçürüb verməyə məcbur oldular. Günlər çərçivəsində “Sözün həsrəti – Heydərbabaya salam” adlı bədii-musiqili kompozisiyanın nümayişi barədə xəbər isə 1 gün sonra, saat 20:12-də tirajlandı.

Bayram tədbirləri yalnız “Culture.gov.az”ın xəbərləri vasitəsilə İnstaqram platforması üzərindən müəyyən ardıcıllıqla, amma yığcam şəkildə əksini tapırdı. Ümumilikdə, möhtəşəm bayram çevik və əhatəli informasiya yayımı sarıdan arzuedilən səviyyədə deyildi. Bu səbəbdən də Vaqif Poeziya Günləri mediada gündəm ola bilmədi. Onu da deyək ki, qala-şəhərdə Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi konfransda hansı alimlərin məruzələrlə çıxış etdiyini heç bir media mənbəyindən öyrənə bilmədik.

Daha bir informasiya qüsuru: Vaqif Poeziya Günləri çərçivəsində Ağdam Muğam Mərkəzində “Sözün sabahı: Türk dünyasının gənc şairlər” festivalı barədə xəbərlər qeyri-müəyyən “qaliblər müəyyənləşdirilib” sonluğu ilə bitir. Bəs, görəsən, Türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunmasının, gənc yaradıcı nəslin dəstəklənməsinin və ölkələr arasında ədəbi əlaqələrin genişləndirilməsinin təzahürü olan festival mediada nə üçün belə “lakonik” təqdim olundu?

Hansı istedadlı və perspektivli şairlər və hansı cəhətlərinə görə fərqləndirildi? Türk ədəbiyyatına və mədəniyyətinə töhfələrinə görə kimlərə TÜRKSOY-un “Molla Pənah Vaqif” medalı verildi? – hələ də bilmirik. Təkcə şair Faiq Balabəyli oğlu Turalın orada xüsusi diplom alması barədə “Facebook”da paylaşım etdiyinə, Fərid Hüseyn isə özünün təltif olunması ilə bağlı şəkil qoyduğuna görə ikisinin adını təxmin edə bildik.

...Bir sözlə, Vaqif Poeziya Günləri tədbirlərinin sayı, formatının rəngarəngliyi ilə milli-mənəvi dəyərlərimizin, bədii sözün əbədiliyinin parlaq nümayişinə çevrildi, amma bayramın adda-budda xəbərlərlə işıqlandırılması “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ədəbiyyatın inkişafı ilə bağlı prioritet hədəflər konteksində heç də xoşagələn olmadı. Görünür, böyük həvəs və zəhmətlə hazırlanmış proqramı ölkəyə çatdırmaq üçün media təmsilçilərini də Qazax və Şuşaya dəvət etmək unudulmuşdu.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri