Icma.az
close
up
RU
Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” Sərgisi

Sənət və Əməkdaşlığın Bayramı: “Rənglərin Sehri” Sərgisi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Qalereyanın “Qonaqpərvər” zalında  MM Tədris Mərkəzinin  müəllim və tələbə kollektivi ilə birgə layihə rəhbəri Aygün Əzizovanın olduğu “Rənglərin Sehri” adlı qrup sərgisi təşkil olundu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları və sərgi iştirakçılarını salamlayaraq, MM Tədris Mərkəzinin geniş fəaliyyətindən, yerli və xarici sərgilərdə fəal iştirakından söz açdı. Həmçinin, sərgidə müxtəlif texnikalarda işlənmiş 25  əsərin nümayiş edildiyini  bildirdi.

Sərgidə MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova, Mərkəzin meneceri Aynurə İsmayılova, rəsm müəllimi Könül Məmmədli, fəxri qonaq olaraq isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  (ADRA) müəllimi Zinaida Mirzəzadə,  rəssam Nihad Əliyev, “Xalq” qəzetinin əməkdaşı Fidan Salmanova,  həkim, rəssam Səadət Cəfərova, vokalist, rəssam Aynur Yunusova, rəssam, müəllim Mehriban Zeynalova və başqaları çıxış edərək, MM Tədris Mərkəzinə uğurlar arzuladılar. Sonda isə  iştirakçılar diplomla təltif olundular. Xatirə fotoları çəkildi.

MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova XQ-yə müsahibə verdi: “Biz mərkəz olaraq bir sıra sərgilərdə iştirak edirik. Bugünki sərgi də “Rənglərin sehri” adlanır. Mərkəzin tələbələri ilə birgə bu rəsmləri işləyib hazırlamışıq. Mərkəzimiz Ramanıda - “Şuşa” qəsəbəsində yerləşir. Xüsusi rəssamlıq qabiliyyəti olan uşaqları mərkəzimizə dəvət edirik. Bugünki sərginin təşkilinə görə isə Qalereyanın rəhbərliyinə təşəkkür edirik”.

Qeyd edək ki, sərginin məqsədi gənc rəssamların yaradıcılıq enerjisini və müxtəlif texnikalarda işlədilmiş əsərlərlə rənglərin gücünü ön plana çıxarmaqdır.

Bu əsərlər, gənc rəssamların dünyagörüşünü, fərdi yanaşmalarını və yaradıcı gücünü təcəssüm etdirir. Bu tip sərgilər gənc yaradıcı ruhların cəmiyyətlə daha sıx təmas qurmasına, özünüifadə imkanlarına və peşəkar inkişafına zəmin yaradır. 

Müxbir: Fidan SALMANOVA 
Foto: Camal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri