Icma.az
close
up
RU
Sənət, idman və savadsızlıq

Sənət, idman və savadsızlıq

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmil SADİQ

Kiçik bir müşahidə və statistik araşdırma göstərir ki, idman, musiqi, rəssamlıq, teatr və digər yaradıcılıq sahələrində çalışanların böyük qismi ali akademik təhsilə malik olmur. Bu, həmin sahələrin savadlı nümayəndələrinə qarşı ittiham deyil, sadəcə mövcud reallığın sosio-təhsil mənzərəsidir. Məsələn, Azərbaycanda qəbul imtahanlarının nəticələrinə baxdıqda görürük ki, Bədən tərbiyəsi, rəssamlıq, aktyorluq, musiqişünaslıq və sənətşünaslıq kimi ixtisaslara daha çox aşağı bal toplayan abituriyentlər yönəlirlər. Bu məqsədlə hətta xüsusi "5-ci qrup" adlı blok yaradılıb və bu blok illərlə "200 balı keçə bilməyənlərin sığınacağı" kimi təqdim edilib. Bir çox ailələrdə belə bir yanaşma var: "O uşaq oxuya bilmirsə, qoy idmana, musiqiyə, rəssamlığa getsin".

Halbuki dünyada bu sahələri seçənlərin əksəriyyəti istedadına görə yönləndirilir, bal defisiti olduğuna görə yox. Azərbaycanda 250-300 bal toplayıb bu sahələrə gedən gənclər bəzən ələ salınır: "Bu balla niyə mühəndis, iqtisadçı, hüquqşünas olmadın?" Halbuki hər bir cəmiyyətin sağlam inkişafı üçün intellektual elita ilə yanaşı, yüksək peşəkar musiqiçi, aktyor, idmançı və rəssamlar da lazımdır.

Burada əsas problem ondan ibarətdir ki, ali təhsil sistemi istedad yönümlü sahələr üçün belə eyni qiymətləndirmə mexanizmini tətbiq edir. Bir güləşçinin, balet artistinin, pianoçunun və ya rəssamın müvəffəqiyyəti əsasən istedad, fiziki hazırlıq, məşq və yaradıcılıq potensialıyla ölçülür, test imtahanları ilə yox. Dünyanın inkişaf etmiş təhsil modellərində bu ixtisaslar üçün akademik nəticə deyil, qabiliyyət, portfel, kreativlik və fiziki göstəricilər müəyyənedici rol oynayır.

Məsələn:

Finlandiya və Norveçdə incəsənət və idman fakültələrində qəbulun 70%-i qabiliyyət imtahanlarına əsaslanır;

Almaniyada musiqi akademiyalarına müraciət edənlərin sadəcə 15%-dən diplom tələb olunur;

Türkiyədə konservatoriyaya qəbul üçün bal baryeri yoxdur, əsas seçim dinləmə və ifa üzrə olur;

İtaliyada peşəkar idman liseylərində akademik proqramla məşq cədvəli balanslaşdırılır və attestat yalnız formal sənəd kimi qiymətləndirilir.

Azərbaycanda da uzun illər öncə fəaliyyət göstərən xüsusi musiqi və idman məktəbləri məhz bu məqsədə xidmət edirdi. Ancaq onların böyük hissəsi illər keçdikcə təhsil baxımından zəifləyib. Hazırda bu məktəblər Elm və Təhsil Nazirliyi ilə yanaşı, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin balansında da fəaliyyət göstərir, amma nəticə göstəriciləri ictimaiyyətin diqqətindən kənardadır.

Etiraf edək ki, bizim qəbul sistemi də qabiliyyət yönümlüdür. Sadaladığımız fakültələrə qəbul olmaq üçün şagirddən 700 baldan 100-150 bal toplaması yetərlidir. Bu bal isə bir növ simvolikdir. Bu fakt  yuxarıda dediyimizi bir daha təsdiqləyir, yəni sənətkarın savadlı olub-olmaması bir daha sual yaradır. Bu sahənin insanları niyə savadlı olmur və ya savadlı olmaları nə dərəcədə vacibdir?! Təəssüf ki, biz bu gün savadlı adam deyəndə, diplomlu adamları nəzərdə tuturuq. Ona görə də bu cür hallarda idmançıları, müəyyən sənət adamlarını savadsız adlandırırıq. Sual oluna bilər, Yaxşı bir futbolçu üçün, pianoçu üçün, aktyor üçün diplom nə qədər vacibdir? Diplomu olmasa, biz onlara niyə yarımçıq kimi baxırıq ki, onlar da universitetə qəbul olmaq üçün bu cür problemlərlə qarşılaşsınlar?  Universitetə qəbul olmaq akademik nəticə tələb edir, amma peşə sahibi isə istedad.

Elə bu məqamda burada daha dərindən toxunmalı olduğumuz məsələ "savad" anlayışının özüdür. Biz illərlə savadlılığı diplomla eyniləşdirmişik. Mədəniyyət tarixinə, leksik semantikaya, UNESCO və OECD kimi qurumların yanaşmasına baxsaq, məsələ tam fərqli görünər. 

"Savad" sözü fars mənşəlidir və ərəbcə "qara yazı" (mürəkkəb rəngi) mənasından gəlir,  Orta əsrlərdə "qara yazını tanımaq" ? "oxumaq-yazmaq bacarığı" kimi işlənib, Zamanla "məktəbli olmaq", "maariflənmək", "dünyagörüşə sahib olmaq" məzmunu daşımağa başlayıb.

Müasir elmi yanaşmada isə savadlılıq 3 mərhələ ilə ölçülür:

1. Funksional savadlılıq - yazmaq, oxumaq, ibtidai hesabı-riyaziyyatı başa düşmək;

2. İctimai-intellektual savadlılıq - təhlil etmək, qərar vermək, ünsiyyət bacarıqları;

3. Emosional və mədəni savadlılıq - estetika, davranış mədəniyyəti, empatiya və peşəkar bacarıqlar.

UNESCO-nun 2023-cü il hesabatına görə:

- Dünyada 15 yaşdan yuxarı insanların 86 faizi oxuyub-yaza bilir;

- Azərbaycanda bu göstərici 99,86 faiz olaraq göstərilir, lakin funksional və tətbiqi savadlılıq statistikası aparılmır;

- OECD ölkələrində incəsənət və idman sahəsində çalışanların 63,86 faizi ali diplom sahibi deyil, amma 78,86 faizi peşəkar sertifikat, akademiya və ya yaradıcı təhsil keçib.

Məsələnin mahiyyəti nədədir? Bizim "savadlı" dediyimiz adam oxumağı bilən, amma analiz edə bilməyən, dünyagörüşü olmayan, fərdi bacarığı zəif biri də ola bilər. Eynilə diplomu olmayan, amma yüksək intellekt, yaradıcılıq, estetik zövq və ictimai təsir gücünə malik bir rəssam, idmançı və ya aktyor "savadsız" sayıla bilməz.

Əslində isə problem şəxslərdə deyil,  sistemdədir, bəli, məhz sistemdə...

- Təhsilimizdəki qiymətləndirmə meyarları peşə seçiminə tam uyğun deyil;

- Qabiliyyət mərkəzli məktəblər zəif fəaliyyət göstərir və ya heç göstərmir deyək;

- "Savad" anlayışı hələ də kağız-kuğuzla ölçülür;

- Valideyn, müəllim, media və cəmiyyət bu stereotipi gücləndirir.

Qısacası deyək ki, məsələ idmançıların və ya sənət adamlarının savadsız olması deyil, savadlılığın ölçülmə metodunun köhnə və yanlış olmasıdır. İstedad, praktiki bilik və yaradıcı kapital da savad formasıdır. Məsələn, Messi, Pikasso, Çarli Çaplin, Van Qoq və bir çox dünya miqyaslı sənətkar diplomsuz, amma intellektual nüfuz sahibidirlər. Bizdə isə belə şəxslər büdrəyən kimi "təhsilsiz" damğası alır.

Düşünürəm ki, əsl islahat bu suallardan başlamalıdır:

- Diplom savad göstəricisidirmi?

- Qabiliyyətə əsaslanan təhsil niyə zəifdir?

- Peşə məktəblərinin keyfiyyəti niyə aşağıdır?

- Savad yalnız yazı-pozu bilməkdirmi?

Savad yalnız yazıb-oxumağı bilməkdirmi, sualından başlayaq, məncə. Cəmiyyətdə uzun illər formalaşmış ən primitiv yanaşma budur: "Savadlı adam odur ki, oxuyub-yaza bilir". Bu yanaşma 19-cu əsrin kütləvi savadsızlıq dövrü üçün doğru ola bilərdi, amma müasir dünyada bu anlayış həm məhdud, həm də köhnəlmişdir. Daha açıq desək, yazıb-oxumaq - savadlılığın ən aşağı mərhələsidir.

Bu gün Azərbaycanda əhalinin 99,86 faizi oxuyub-yaza bilir. Amma bu, hamının "savadlı" olduğu anlamına gəlmir. Bir çox adam yazı-pozu bilir, amma:

- Mətnin mənasını qavramır;

- İnformasiyanı analiz edə bilmir;

- Tənqidi düşünmür;

- Duyğu və davranış savadına malik deyil;

- Mədəni və ictimai biliklərdən xəbərsizdir.

Bu insanlar texniki olaraq "oxuyur", amma funksional olaraq savadlı sayılmır.

Günümüzün dünyasında savad anlayışı necə dəyişib?

Müasir statistika və elmi yanaşma savadlılığı təkcə "əlifbanı tanımaq" kimi yox, aşağıdakı sahələr üzrə qiymətləndirir:

- Rəqəmsal savadlılıq

- Maliyyə savadlılığı

- Hüquqi savadlılıq

- Media və informasiya savadlılığı

- Emosional-psixoloji savadlılıq

- Ekoloji savadlılıq

- Mədəni-intellektual savadlılıq

Məsələn:

- ABŞ-da 2023-cü ildə aparılan tədqiqatda məlum olub ki, əhalinin 52,86 faizi yazıb-oxusa da, hüquqi və maliyyə savadlılığı yoxdur.

- Avropada "oxumağı bacarır" deyə qeyd olunan insanların 26%-i mətnin mənasını başa düşmür.

- Azərbaycanda PISA nəticələrinə əsasən 15 yaşlı şagirdlərin təxminən 38,86 faizi oxuduğu mətndən nəticə çıxara bilmir.

Yazıb-oxuyan, amma savadsız olan nəsil necə yaranır?

Savadlılığın yanlış ölçülməsi belə nəticələr doğurur: Diplom var, amma bacarıq yoxdur, telefon istifadə edir, amma informasiya süzgəcləyə bilmir, rəqəmi yazır, amma plan qura bilmir, yazır, amma düşünmür, oxuyur, amma dərk etmir.

Bu səbəbdən müasir pedaqogika deyir ki, Oxumaq - texniki bacarıqdır, savadlılıq isə intellektual və sosial bacarıq.

"Savad yalnız yazı-pozu bilməkdirmi?" - Xeyr.

Savad - insanın dünyanı anlaması, düşünməsi və tətbiq edə bilməsi qabiliyyətidir. Oxumaq bu yolun başlanğıcıdır, sonu yox.

Məncə, mövzumuza qayıdaq, Sənət və təhsil və ya İdman və təhsil, bu iki sahəni peşə kimi adlandıraraq, bundan sonra peşə və təhsil deyək. Peşə və təhsil niyə bir yerdə addımlaya bilmir, biz bunu necə aradan qaldıra bilərik. Peşə bacarığı bir istedad, xobbidirsə, savadlı olmaq yaşam üçün vacib amildir. Biz yuxarıda qeyd etdiklərimizi də nəzərə alaraq demək istəyirik ki, hər bir insanın ümumi savadlılığı olmalıdır. Düşünün bir sənətçi möhtəşəm səsi ilə insanları heyran edirsə, güldürür, ağladır, hiddətləndirirsə, onun hansısa bir televiziya verilişində doğru-düzgün bir nitqi də olmalıdır. ən azından öz sahəsi ilə bağlı müəyyən biliklərə sahib olmalıdır. Və yaxşı bir idmançı qısa zamanda böyük uğur qazanıb baş gicəlləndirən gəlir əldə edirsə, onu idarə etməyi də bacarmalıdır, hansısa beynəlxalq tədbirdə özünü ifadə edə biləcək xarici dil biliklərinə, etik davranış qaydalarına sahib olmalıdır. Elə onun üçün də peşə sahibləri üçün qabiliyyət imtahanları ilə yanaşı, savad imtahanı da verməlidir. Mən buna akademik imtahan demirəm ki, elmi ağırlığı olmasın. Onlar üçün təşkil edilən təhsil ölçmə-dəyərləndirməsi də xüsusi olmalı, məhz həyati bacarıqları yoxlayan bir qiymətləndirmə sistemi mənasında. Bizim bugünkü qəbul imtahanlarımızda məhz 5-ci qrup şagirdləri olan bu sahənin insanlarına verilən suallar, digər ixtisaslardan xeyli asandır, amma bu hansısa akademik biliyin asan olması kimi yox, məhz minimal həyati bacarıqları verən bir təhsil sisteminin imtahanı. Məhz bu cür xüsusi məktəblərdə fənlər də, kurikulum da, dərsliklər də tamamən fərqli metodlarla işlənməlidir. Heç təsadüfi deyil ki, sənət, idman sahəsinin adamları elə ya iş həyatına atılandan, ya da sonradan kasıb həyat tərzi ilə üz-üzə qalırlar. Sadəcə istedadlarına güvənirlər və sonda bu istedad bu günün dünyasında dəyərləndirilmir. Yəni insan dünyası elədir ki, quşdan uçmağı, balıqdan üzməyi, atdan qaçmağı istəmir, yeri gəldikdə  insanı qaçmağı da, uçmağı da, üzməyi də bilməsini tələb edir. Əgər insan məcazi mənada bunlardan birinə sahib olursa, çörəyi suda olanda və havada olanda, o üzə və ya uça bilmirsə, ac qalır. Biz də bu peşə sahiblərinin istedadı ilə digər sahələrinin inkişafı üçün təhsil sistemimizi ona uyğunlaşdırmalıyıq.

Bu sahədə dünyada durumlar necədir, bir də onlara göz ataq: Bir tədqiqat göstərir ki, elit idmançılar arasında yalnız **5.5 %-i ali təhsilini tamlayıb** (ingiliscə "higher education") - yəni böyük hissəsi yalnız orta təhsillə qalır.

(https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10567102/?utm_source=chatgpt.com)

* Başqa bir araşdırmada qeyd olunur ki, idmançılar "dual career" (idman + təhsil) strategiyası ilə bağlı çətinliklərlə üz-üzədirlər - yəni idman yükü ilə təhsil arasında tarazlıq saxlamaq çətindir. (https://www.sciencedirect.com/science/article/pii/S1473837622000314?utm_source=chatgpt.com)

Ümumi nəticəyə gələ bilərik ki, təkcə bizdə yox, dünyada da idman, sənətlə məşğul olanların təhsil səviyyəsi aşağıdır və onlar ali təhsil almağa çox da maraqlı olmur və ya bu formal olur. Nəzərə alsaq ki, bizim cəmiyyət diplomyönümlü cəmiyyətdir, ona görə də nə valideyn, nə də təhsil sistemimiz onun diplomsuz qalmasını qəbul etmir. Buradan da belə bir sual çıxır, bəs niyə bu sahənin insanlarında təhsil səviyyəsi aşağı olur:

1. Qəbul meyarlarının akademik yönümlülüyü

- Dəqiq elm, riyaziyyat, dil bilikləri qəbul kriteriyaları kimi əsas götürülür.

2. Resurs çatışmazlığı

- Sənət, musiqi, idman üzrə infrastrukturlar, müəllim heyəti, sahə avadanlığının zəif olması.

- Kiçik şəhərlər və kənd bölgələrində belə sahələrə yetəri qədər dəstək və diqqətin olmaması.

3. Mədəni stereotiplər, sosial meyllər

- Valideynlər, cəmiyyət bu kimi sahələrin "lazımsız", "yan yol" kimi görməsi.

- "İncə sənətlərlə məşğul olmaqla gələcək olmaz" sterotipi.

4. Akademik və peşə bacarıqlar arasındakı uçurum

- Bir tələbənin akademik fənlərdə yüksək göstəricisi olmaya bilər, amma kreativ, fiziki və praktiki sahədə çox istedadlı ola bilər.

- Təhsil sistemimiz bu fərqli bacarıqları uyğun qiymətləndirmir.

5. Məktəb siyasətləri və yönəltmə sistemi

- Qəbul planları, bölmələr arasında balans, prioritetlər sistemi bu sahələrə yönəlməni ya məhdudlaşdırır, ya da alternativ kimi görür.

Qeyd etdiyimiz problemləri aradan qaldırmaq üçün bu sahələrin aidiyyəti qurumları xüsusi bir strategiya hazırlamalı, ölkəmizdə olan xüsusi təmayüllü lisey, gimnaziya, peşə məktəblərinin nüfuzunu artırmalı, infrastrukturunu standartlara uyğun təmin etməli, təhsil səviyəsini yükəltməlidir ki, müsiqi ilə məşğul olan bir uşaq təhsil alması üçün başqa bir məktəbə, məkana üz tutmasın. Və ya əksinə futbolçu olmaq istəyən xüsusi uşaqları futbol məktəbinə, aktyor olmaq istəyini isə sənət məktəbinə getməklə öz istedadını inkişaf etdirməldir. Hazırda isə bu cür məktəblərimiz olsa da, fəaliyyətləri qənaətbəxş deyil, onların yenidən qurulmasına ciddi ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see217

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see216

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see142

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri