Icma.az
close
up
RU
Sənət zirvəsinə yüksəlmiş səs

Sənət zirvəsinə yüksəlmiş səs

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu gün gözəl səsə, özəl duyuma malik olan xanəndə, Xalq artisti Baba Mirzəyevin (Mahmudoğlunun) 66 yaşında dünyanı dəyişdiyi gündür. Opera səhnəmizin Məcnunu, Aşıq Qəribi, Kərəmi, Şah İsmayılı kimi yaddaşlarda özünə “abidə” ucaltmış sənətkar unudulmazlar sırasında yeri olanlardandır.

Baba Mahmudoğlunun ömrünün son 20 ilində bu sətirlərin müəllifi dövlət televiziyasında çalışdığı üçün onunla studiyada tez-tez rastlaşıb, söhbətlərinə böyük maraqla qulaq asıb. Baba müəllim musiqidən, poeziyadan, xüsusilə də dahi Füzulidən danışanda elə dərin qatlara nüfuz edirdi ki, heyran qalmamaq olmurdu. Danışdıqca, sanki, vəcdə gəlirdi, çevrəsi anbaan böyüyürdü. Bir dəfəsində yaxın sirdaşı – Xalq artisti Səfa Qəhrəmanov qayıdıb bizə dedi: “O, elə gursulu, çağlar bulaqdır ki, tükənən deyil. Qopub gedə bilməsəniz, işiniz-gücünüz tökülüb qalacaq”.

Mərhum Əməkdar artist Süleyman Abdullayev onu belə səciyyələndirib: “Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, hardan deyirdin, ordan cavab verirdi. Dünya klassiklərini əzbər bilirdi. İnanın ki, Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda “Kəllə” deyirdik”.

Baba Mahmudoğlu 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə dünyaya göz açıb. Uşaqlıqdan saza, sözə aludə olub. Arada səsini zilə çəkib oxuyarmış. O, orta məktəbi əla qiymətlərlə başa vuraraq Bakıya gəlib. İncəsənətdən uzaq ixtisas üzrə ali təhsil alıb, amma musiqi istedadı onu tərk etməyib. Elə buna görə də tədricən ecazkar səsinin ardına düşüb, sənət aləminə gəlib.

Sumqayıtda eyni binada yaşadığım musiqişünas Səadət Təhmirazqızının xatirələri də maraqlıdır: “O, yeniyetmə çağlarından fəlsəfi düşüncələri, sənətə olan böyük məhəbbəti və bu məhəbbət naminə zəhməti, fədakarlığı ilə yaşıdlarından seçilərmiş. Musiqiyə sevgisi kəndin füsunkar təbiətindən başlayıb. Romantik aləmdə böyümək, bülbüllərin cəh-cəhindən zövq almaq və milli musiqi sədaları, ulu saz-söz sənəti, təbii ki, insanı cuşa gətirir. O da belə məqamlarda öz hisslərini avazla ifadə etməyə başlayıb. Bunu eşidən dost-tanışları deyiblər ki, ayə, nə yaxşı oxuyursan”.

Özü isə bu barədə belə demişdi: “Açığını deyim ki, əvvəllər bu məni bir qədər təəccübləndirdi. Sonralar hiss etdim ki, doğrudan da, içimdə bir oxumaq eşqi, həvəsi var. Odur ki, Bakıya gəlib sənaye institutuna daxil olsam da, xanəndəliyə meyil məni rahat buraxmadı. Beləliklə, mən təhsil aldığım institutun özfəaliyyət ansamblında oxuyur, dinləyici kimi ustad xanəndə Seyid Şuşinskinin dərslərinə gedirdim və hətta L.Şmidt adına zavodda işə düzəlmişdim. Orada da özfəaliyyət ansamblının solisti idim”.

İnstitutda mühəndislik öyrənən həvəskar gənc Asəf Zeynallı adına Musiqi Texnikumunun qeyri-rəsmi tələbəsi kimi orada muğamları öyrənib. Sənət yanğısı Baba Mirzəyevi hətta İncəsənət institutunu bitirməyə də sövq etmişdi. Bütün bu çalışmaları gənc Babaya çox şey vermiş və o, muğamlarımıza dərindən bələd olmuşdu.

İstedadlı xanəndə görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, Əhməd Bakıxanovun, Baba Salahovun, Əhsən Dadaşovun idarəsi ilə fəaliyyət göstərən xalq çalğı alətləri ansambllarının müşayiəti ilə oxuyub. O, düz 10 il Rəşid Behbudovla Mahnı Teatrının tərkibində xarici ölkələrin səhnələrində çıxış edib. Sonra isə “Dastan” folklor ansamblı yaradaraq, bu kollektivlə fəaliyyətini özünəməxsus şəkildə davam etdirib. “Dastan"la da bir çox xarici səfərlərə gedib və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə möhtəşəm şəkildə çatdırıb.

Onun peşəkar səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Bir gün eşidir ki, Opera və Balet Teatrında “Gözəl səslər” müsabiqəsi keçirilir. O da gedib həmin müsabiqədə iştirak edir. Maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edərək, 153 nəfər arasındə birinciliyi qazanır və böyük sənət məbədinə solist qəbul olunur. Sonra “Leyli və Məcnun”da baş rolu oynayır.

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə, ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar ona kömək edirlər.

Gənc xanəndə Opera Teatrının müşayiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şeyi əxz edir. Üstəlik, Məcnun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün o, 6 ay ruhi xəstəxanya gedir, orada müalicə alanların davranış tərzini öyrənməyə çalışır. Nəhayət, Baba əsl Məcnun kimi səhnəyə çıxır, tamaşa zamanı obrazı necə ifa edirsə, izləyənlər elə bilir ki, o, həqiqətən də dəli olub. Beləcə, tərəf-müqabili Nızakət Məmmədova (Leyli) ilə oynadığı tamaşa böyük uğur qazanır.

Gözəl sənətkar təkcə operada oynadığı rolları deyil, yaddaşlarda aşıq, bəstəkar, xalq mahnılarını, muğamları öz tərzində, öz üslubunda ecazkar səslə təqdim edirdi. O, ifa zamanı özündən asılı olmayaraq, təbii şəkildə obraza girir, mahnını hərəkətlərində, üz cizgilərində, bütün varlığında yaşayır, səhnə jestləri ilə tamaşaçını ovsunlayırdı.

Baba Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə çıxıb. Sonra insult keçirib. Həkimlər ona rayonda – təbiətin qoynunda yaşamağı məsləhət görüblər. Bir neçə ay Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olub. 2006-cı il dekabrın 6-da, 66 yaşında vəfat edib. Sənəti və xatirəsi isə yaddaşlarda ölməzlik qazanıb.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see292

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see234

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see226

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see225

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see206

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see199

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see195

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see191

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see190

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see178

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see177

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see168

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see165

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see158

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see151

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see149

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see146

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see141

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see140

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri