Icma.az
close
up
RU
Qocaman sənət ocağı

Qocaman sənət ocağı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın qədim mədəniyyətə və zəngin ədəbi irsə malik olan şəhərlərindən biri, İrəvan ədəbi-estetik fikrimizin inkişafında da böyük rola malikdir. Əbəs yerə deyil ki, XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. Qeyd edək ki, çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firidun bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəzsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular.

"ERMƏNİ DÖVLƏTİ" VƏ İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ FƏALİYYƏTİNƏ SON

Qədim tarixi olan İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixində yer alıb. Tarixi qədim olan İrəvada 1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışının olması burada təhsilə verilən önəmin bir nümunəsidir. Birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilib. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Beləliklə, Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. Sənədlərdə qeyd olunur ki, İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar.
1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. İrəvan Müəllimlər Seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatda göstərilir ki, 1915-16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916-17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917-18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Belə bir elm, təhsil və mədəniyyət mərkəzi olan İrəvan tarixi dövründə bir çox ziyalılar nəsli yetirmişdir. Bu nəslin yetişməsində İrəvan Müəllimlər Seminariyasının rolu müstəsnadır. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyası 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında rol oynamışdır.

İRƏVAN MÜHİTİNDƏ TEATR

Belə bir mühitdə - İrəvan mühitində 1882-ci ildə Milli teatr sənətimizin inkişafında mühüm yer tutan İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaradılmışdır. Qafqazın qocaman sənət ocaqlarından biri olan bu teatr 1882-ci ilin əvvəllərində azərbaycanlılardan ibarət teatr truppasının göstərdiyi tamaşa ilə fəaliyyətə başlamışdır. Beləliklə, teatr tariximizə parlaq səhifələr yazmışdır. Mənbələrədə göstərilir ki, görkəmli ictimai xadim, ədəbiyyatşünas Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə dahi Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərinin tamaşaya qoyulması İrəvan Azərbaycan Teatrının təşəkkülünə güclü təkan olmuşdur. F.Köçərli 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik edir. 1896-cı ildən etibarən İrəvanda müntəzəm olaraq Azərbaycan dilində tamaşalar nümayiş olunmağa başlandı. İnqilabdan əvvəlki illərdə həvəskarlar bölgədə bir çox tanınmış pyesləri səhnələşdirdilər. 1909-cu ildə ölməz sənətkarımız Hüseyn Ərəblinski "Bəxtsiz cavan" (Ə. Haqverdiyev), "Nadir şah" (N. Nərimanov) tamaşaları ilə İrəvan teatrında çıxış etmişdir. 1912-ci ildə isə Zülfüqar Hacıbəyovun rəhbərliyi ilə İrəvan teatrında "O olmasın, bu olsun", "Əlli yaşında cavan", "Kərbəlayi Şükür xalça satan" əsərləri oynanılır. "Arşın mal alan", "Məşədi İbad" kimi məşhur tamaşalar teatrın daimi repertuarına daxil idi.
1918-ci ildə daşnakların hücumları teatrı yerindən-yurdundan eləyir. Teatrın rəhbəri və bir qrup aktyor İranın Xoy şəhərində məskunlaşdılar. Ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutur və öz fəaliyyətini 1922-ci ildə bərpa edir. Sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə didərgin düşmüş bütün insanlar kimi, onlar da geriyə döndülər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılardan olan Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya, Nəsib Əfəndiyev və s. kimi milli mədəniyyət təəssübkeşləri xeyli iş gördülər. Hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək ilk qadın aktrisa kimi səhnəyə çıxarmışdı. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar klubunun ilk müdiri idi. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma xanımla birgə səhnəyə çıxardı.

QƏRƏZLİ SİYASƏT

1928-ci ildə dövlət statusu alan, 1935-ci ildən görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi milli mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətlər göstərmiş bir sıra görkəmli səhnə ustasının adı ilə sıx bağlıdır. Tariximizin dönəmlərindən bizə bəllidir ki, bu teatr da keşməkeşli yol keçmişdir. Hələ İosif Stalinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarları ilə azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından kütləvi deportasiyasında reallaşan qərəzli siyasət İrəvan teatrının da taleyindən yan ötməyib. 1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan azərbaycanlı əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra öz təsirini göstərdi və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürüldü. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırıldı və əvəzində həmin bazada xalq teatrı təşkil olundu. Çünki həmin ərəfədə Göyçə əhalisini də "könüllü köçürmə" adı altında gecə-gündüz maşınlarda Azərbaycana — Mil, Muğan düzünə aparırdılar. Belə bir şəraitdə isə teatrın işini yenidən qurmaq və eləcə də fəaliyyətindən danışmaq çətin məsələ idi. Az sonra "köçürülmə siyasəti" dayansa da teatrın inkişafında yeni bir mərhələ açılmadı. Həmin illərdə bağlanan teatr fəaliyyətini yalnız 1967-ci ildə bərpa edə bilmiş və öz işini çətin şəraitdə davam etdirmişdir. Sovet dövründə Qafqazdakı sərhədlərin süni olaraq müəyyən edilməsi nəticəsində Ermənistan SSR-ə qatılmış tarixi Azərbaycan torpaqlarında yaşayan on minlərlə soydaşımızın Azərbaycan mədəni-ədəbi fikrinin inciləri ilə tanışlığında və milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsində İrəvan Azərbaycan Teatrı qüvvəsini əsirgəməmişdir.

HƏMYERLİLƏRİMİZİN TARİXİ TALEYİNİN BİR PARÇASI

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində azərbaycanlılar öz doğma yurdlarından xüsusi qəddarlıqla didərgin salındıqları zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 1988-ci ilin payız aylarında teatr Azərbaycanın Neftçala rayonunda qastrol tamaşaları göstərdiyi zaman səfərin yekun günü xəbər gəlir ki, İrəvan ərazisindəki bütün azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. Teatr erməni tapdağında qalmışdı. Teatr deportasiya olunduqdan sonra Bakıda Akademik Milli Dram Teatrının nəzdində teatr–studiya kimi fəaliyyətini davam etdirir və Abşeron mədəniyyət sarayında yerləşdirilir. Teatr yenə də öz dəst-xətti ilə seçilir və yaradıcılıq uğurları ilə teatrsevərlərin diqqətini daim cəlb edir.
Çox keçmir ki, teatra yenidən dövlət statusu verilir. 16 oktyabr 2007-ci ildə prezidentin sərəncamı ilə teatrın yubileyi Bakıdakı Azərbaycan Dövlət Musiqili Komediya Teatrında qeyd olunur. İrəvan Dövlət Azərbaycan Teatrı Azərbaycanda, Gürcüstanda, Dağıstanda və Türkiyədə tamaşalarını göstərir. İrəvanda yaradılan Azərbaycan dilində ilk teatr öz tarixi dövrünə silinməz izlər həkk edib. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biridir. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.
Ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır. Keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see208

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see201

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see197

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see191

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see189

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see186

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see184

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see179

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see175

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see173

Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ

10 May 2026 18:14see163

Qisas əməliyyatının nəticəsi Hər yer erməni meyitləri ilə doludur VİDEO

11 May 2026 04:48see162

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat logistika mərkəzinə çevriləcəyini göstərir ŞƏRH

11 May 2026 01:08see160

Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək

10 May 2026 23:24see160

Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir

11 May 2026 03:04see158

Ermənistan Aİ yə üzvlüklə bağlı referendum keçirməlidir Putin

10 May 2026 11:27see157

Həkimlər insult əlamətlərini aşkar ediblər...

10 May 2026 21:23see156

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

11 May 2026 11:20see156

Hemilton yaxın vaxtlarda karyerasını bitirə bilər

11 May 2026 03:19see156

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

12 May 2026 02:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri