Icma.az
close
up
RU
“Sənətə yeni gələndə başqa adam idi, anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO+ÖZƏL

“Sənətə yeni gələndə başqa adam idi, anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flora Kərimova və s. kimi böyük sənətkarlar ifa edib. Mən onların hər birindən çox razıyam. Çox gözəl də təqdim ediblər. Daha sonra anamın silsilə mahnılarını Tünzalə Ağayeva oxuyub. Tünzalə xanım sənətə yeni gələndə başqa adam idi, indi əsl zəmanə adamı olub. O vaxt anamın sözlərinə mahnı oxuyanda bizimlə əlaqə saxladı, təşəkkür etdi. Biz də öz növbəmizdə ona təşəkkür etdik. Mən də nömrəsini bilirdim, o da tez-tez əlaqə saxlayırdı. Diski gətirib bizə də vermişdi. İndi isə heç bir əlaqə yoxdur. Bir şeir var, deyir ki, “nə qədər ki, aşağı idi hamı onun dostu idi, elə ki, başladı böyüməyə, pilləkənlərlə yuxarı çıxmağa hamını unutdu, sonra aşağı düşəndə heç bir dostunu tapa bilmədi”. O pilləkənlə necə yuxarı çıxırsansa, ordan aşağı düşmək də var”.

Bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.

O daha sonra əlavə edib:

“Tünzalə Ağayeva anamın 17 şeirinə mahnı bəstələyib. Ona anamın kitabını da vermişəm. Demək olar ki, Tünzalə xanım anamın şeirlərinə yazılan mahnılarla tanınıb. İnsanlardan küsmək lazım deyil. Mən küsmürəm, incimirəm. Zəmanə indi başqa cür olub. İndiki dövrdə insanları geyim, pul, maşın maraqlandırır. Mənim anamı nə qızıl maraqlandırmayıb, nə də pul. Bir makinası var idi, oturub orada yazırdı. Anamın bütün əşyalarını mən Tarix Muzeyinə hədiyyə etmişəm. Özbək şairi anama 50 illik yubileyində bahalı bir vaza göndərmişdi. Bakıdakı zəlzələ zamanı həmin vaza yerə düşüb sındı. Amma həmin şəkil qalmışdı. Onu biz muzeyə verdik. “İstiqlal”, “Şöhrət” ordenini Ulu Öndər Heydər Əliyev özü yaxasına taxıb. Bu dövlətin ona olan hörməti, diqqəti idi. Amma o həmişə özünü sadə aparıb. Biz o vaxt “Arşın mal alan”-da deyilən bu sözlər ki, var idi- “mən gedərəm o oğlana, onun pulu çox olsun, pulu çox olsun, dərdi-qəmi az olsun”. Bu sözləri o vaxt başa düşmürdük. Üzeyir Hacıbəyov bu zəmanəni görüb yazıb sanki”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri