Təhsilin əsas məqsədlərindən biri gənc nəslə əxlaqi dəyərlərin aşılanmasıdır Firudin Qurbanov
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sosial şəbəkələrdə dinlə bağlı yayılan bəzi məlumatlar maarifləndirici olmaqla yanaşı, müəyyən hallarda radikallıq və ekstremizmə səbəb ola bilər".
“Unikal” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
Nazir müavini bildirib ki, dini zorla təbliğ etmək düzgün yanaşma deyil:
"Son dövrlər sosial şəbəkələrdə dinlə bağlı çoxsaylı məlumatlar yayılır. Bu məlumatlar bəzən insanları maarifləndirsə də, müəyyən hallarda radikallığa və ekstremizmə gətirib çıxarır. Belə vəziyyətlərdə təhsil öz rolunu oynamalıdır".
Firudin Qurbanov qeyd edib ki, hazırda təhsil prosesində maddi elementlərə daha çox üstünlük verilir, mənəvi və əxlaqi dəyərlərə isə lazımi səviyyədə diqqət yetirilmir:
“Halbuki təhsilin əsas məqsədlərindən biri gənc nəslə mənəvi-əxlaqi dəyərlərin aşılanmasıdır. Bu, pedaqoji yanaşmalar baxımından son dərəcə vacib məsələdir”.
Nazir müavini vurğulayıb ki, təhsil perspektivlərində milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşılmalıdır:
2Biz gələcəyimizi milli-mənəvi dəyərlərə söykənən gənclər üzərində qurmalıyıq".
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















