Icma.az
close
up
RU
Sənətşünas alim Lətif Kərimovun 120 illiyinə həsr olunan seminar

Sənətşünas alim Lətif Kərimovun 120 illiyinə həsr olunan seminar

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 30 aprel 2026-cı il tarixli Sərəncamının müddəalarına uyğun olaraq,  AMEA-nın Gəncə Bölməsində “Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi” mövzusunda seminar təşkil olunub.

Tədbiri giriş sözü ilə açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  20-ci əsr Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin  görkəmli nümayəndəsi, xalçaşünas, pedaqoq, Xalq rəssamı, Dövlət mükafatı laureatı  Lətif Kərimovun öz yaradıcılığı ilə milli mədəniyyətimizin dünya miqyasında tanınması və təsdiqinə böyük töhfələr verdiyini bildirib.
O, vurğulayıb ki,  cənab Prezident İlham Əliyevin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı milli dəyərlərimizin, eləcə də  tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və bugünkü tədbir də həmin dövlət sənədinin işığında keçirilir.
Seminarda AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitunun əməkdaşları “Lətif Kərimovun yaradıcılığında Azərbaycan xalça sənətinin ənənələri və inkişafı”, “Milli mədəni irsin keşiyində dayanan böyük sənətkar” və “Sənətin dilini elmə çevirən ömür" mövzuları üzrə çıxış ediblər.
Çıxışçılar Lətif Kərimovun ömür və varadığılıq yoluna nəzər salıblar.
Bildirilib ki, Azərbaycan xalçasının elmi tədqiqi, sistemləşdirilməsi xalçaşünas və sənətşünas alim Lətif Kərimovun (1906,Şuşa – 1991,Bakı) adı ilə bağlıdır. Xalçanı xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin daşıyıcısı hesab edən sənətşünas alimin üçcildlik “Azərbaycan xalçası” monoqrafiyası xalça sənətinin tədqiqinə həsr edilib. Lətif Kərimovun yaratdığı sənət məktəbi bu gün də yaşayır, ideyaları yeni nəsil rəssamlar tərəfindən davam etdirilir, əsərləri isə Azərbaycanın hüdudlarını aşaraq, dünyanın müxtəlif muzey və sərgilərində nümayiş olunur.

Qeyd olunub ki, 1930-cu illərdə Azərbaycanda ilk dəfə olaraq Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Onun yaratdığı xalçalar məhz həmin illərdən başlayaraq keçmiş SSRİ-də və  dünyanın bir sıra ölkələrində böyük rəğbət və maraqla qarşılanıb, o cümlədən Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça isə 1934-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğur qazanıb.

Lətif Kərimov tarixi min illəri aşan müxtəlif növlü Azərbaycan xalçaçılarının kompozisiya və naxışlarını toplanmış,  Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini rəngli reproduksiyasını hazırlamışdır. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.
1940–1941-ci illərdə Lətif Kərimov tanınmış rəssamlarımız  ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş, “Xəmsə” motivli  beş möhtəşəm xalça hazırlamışdır. Müəllifin həmçinin “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli xalça və eskizləri hazırda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunur.

Qeyd olunub ki, dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun əvəzsiz xidmətləri vardır və xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi təsdi olunmuş alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir.

Zakir Muradov,

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri