Vüqar Əhmədin akademik uğuru
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzunun artması, milli elmi məktəblərimizin və görkəmli alimlərimizin dünya elmi məkanında tanınması baxımından mühüm əhəmiyyət daşıyan daha bir uğura imza atılıb. Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Asiya Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilib.
Alimin akademik seçilməsi münasibətilə diplomların, üzvlük vəsiqələrinin və döş nişanlarının təqdim olunması mərasimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil edilib. Tədbirdə Asiya Elmlər Akademiyasının vitse-prezidenti, professor Elşən Hacızadə və UNEC-in rektoru, professor Ədalət Muradov yeni seçilmiş akademiklərə müvafiq sənədləri və fərqlənmə nişanlarını təqdim ediblər.
Mərasimdə Azərbaycanın müxtəlif elm sahələrini təmsil edən tanınmış alimlər Asiya Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə layiq görülüblər. Akademik adına layiq görülənlər arasında professor Vüqar Əhmədin də olması Azərbaycan filologiya elmi üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Vüqar Əhməd görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, geniş elmi dünyagörüşü, çoxşaxəli yaradıcılığı və məhsuldar tədqiqat fəaliyyəti ilə seçilən ziyalılarımızdandır. O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri kimi elmi fəaliyyətini davam etdirir. Beynəlxalq Elmlər Akademiyasının və Turan Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi kimi də tanınan professorun yaradıcılığı ədəbiyyatşünaslıq, mətbuat tarixi, publisistika və bədii ədəbiyyat sahələrini əhatə edir.
Asiya Elmlər Akademiyasının akademik adına layiq görülənlər sırasında Vüqar Əhməd yeganə ədəbiyyatşünas alimdir. O, uzun illərdir həm elmi-pedaqoji, həm ədəbi-bədii, həm də publisistik fəaliyyəti ilə Azərbaycan ictimai və mədəni həyatında fəal iştirak edir. Bu çoxşaxəli fəaliyyət onun yaradıcılıq dünyasının genişliyini, sözə, tarixə, milli-mənəvi dəyərlərə və elmi düşüncəyə bağlılığını nümayiş etdirir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















