Səngəçalda 2000 nəfərə qədər insan işlə təmin olunacaq Deputat
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Bu layihə Azərbaycanın iqtisadiyyatının inkişafına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Deputat konkret olaraq layihənin hazırda həyata keçirildiyi məkana Qaradağ rayonunun Səngəçal qəsəbəsinə diqqət yetirdi:
"Tikinti prosesində 1500-2000 nəfərə qədər insan işə cəlb olunur. Sonrakı mərhələlərdə, qaz emalı zavodunun inşası başa çatdıqdan sonra məşğulluğun daha da artacağını, rayonda yeni iş yerlərinin yaranacağını hesab edirəm. Onu da qeyd edək ki, yerli icma ilə görüşlər keçirilir. Mən də yerli icma nümayəndələri ilə görüşlərdə iştirak etmişəm. Həmin görüşlərdə kənd sovetində müəyyən sosial problemlərin həllində iştirak edəcəklərini öhdəlik kimi götürüblər. Hesab edirəm ki, bu sahədə də real işlər görüləcək. Bir məsələni də qeyd edim ki, kəmər çəkildikdən sonra onun balıqçıların fəaliyyətinə müəyyən təsirləri ola bilər. Hesab edirəm ki, layihənin icazə verilmiş qaydada həyata keçirilməsi ilə yanaşı, sonrakı mərhələlərdə balıqçılar üçün də müvafiq şərait yaradılacaq".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















