Icma.az
close
up
RU
Sənin mənə, mənim sənə borcum var...

Sənin mənə, mənim sənə borcum var...

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Biz insan olaraq sosial varlıqlarıq. Hər gün istəsək də, istəməsək də, bir-birimizlə təmasda olur, nəsə alır, nəsə verir, soruşur, cavab verir, kiminsə qayğısını çəkir, kimdənsə nəyisə xahiş edir, boynumuza yeni təəhhüdlər götürürük.
Hər bir fərdin cəmiyyət qarşısında borcları, vəzifələri var. Məsələ burasındadır ki, insanın ən böyük borcu, vəzifəsi onu yaradan və hər şeyi verən Allah (c.c.) qarşısındadır. Təbii ki, müxtəlif dinlərdə Allah qarşısında məsuliyyət məsələsi fərqli şəkildə anlaşılır. Mübarək dinimizə görə isə insan kimə qarşı haqsızlıq etmişsə, əvvəlcə onunla halallaşmalı, sonra isə Allahdan əfv diləməlidir.
İslam dini hər şeydən əvvəl insana öz məsuliyyətini öyrədir. Bir qədər irəlidə dediyimiz kimi, insan həm Allah (c.c.), həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır. Əslində, bir insan Allah qarşısında olan bütün vəzifələrini yerinə yetirsə, elə cəmiyyət qarşısında da öz borcundan çıxmış olur. Çünki Allah bizə ancaq oruc tutmağı, namaz qılmağı, həccə getməyi, zəkat verməyi əmr etmir. Allah (c.c.) bizə yaxşılıq etməyi, imkansızın əlindən tutmağı, yalan danışmamağı, qiybətdən uzaq olmağı, heç kimin haqqını tapdalamamağı əmr edir.
Qurani-Kərimin bizdən nəyi tələb etdiyini ikicə kəlmə ilə ifadə etməyə çalışsaq, belə deyərik: “İnsan ol!”
Bəli, Qurani-Kərimi kitab, Peyğəmbəri müəllim göndərən Allah (c.c.) bizim başqalarına xeyir verən, doğru yolda gedən, heç kimə zərər verməyən insan olmağımızı istəyir. Bunun üçün də bizə lazım olan hər şey – ağıl, iradə, maddi və fiziki imkanlar, düşüncə qabiliyyəti verib. Bəli, biz ağlı başında, nə etdiyini bilən və əməllərinə görə Allah qarşısında hesab verəcəyinə inanan insanlarıq. Öz hərəkətlərinə və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.
İnsan özünü unudanda Yaradandan uzaqlaşır və yolunu azır. Özünü unutmaq yaradılış qayəsini, Allahın insanı nə üçün yaratdığını, bu dünyadakı məqsədini, vəzifəsini unutmaqdır. Yaradılış qayəsinin şüurunda olmaq, bunu dərk etmək bizdə məsuliyyət duyğusunu formalaşdırır. “Mən kiməm?”, “Bu dünyaya nə üçün gəlmişəm?”, “Məndən tələb edilən nədir?” Əgər bu suallara uyğun cavab tapsaq, şüurlu yaşamış olarıq. Məsuliyyət anlayışının başqa bir qarşılığı da yerinə yetirilməli olan vəzifə, borc, öhdəlik deməkdir.
Məsuliyyət – yükləri, öhdəlikləri öz üzərinə götürmək, əhdləri yerinə yetirmək, haqqları müdafiə etmək və uyğun olanı yerinə yetirmək deməkdir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində belə buyurur ki, hər kəs öz əmri altında olanların çobanıdır, yəni, onlardan məsuldur. Bu mənada hər kəs rəhbərliyi altında işləyən bütün işçilərlə ədalətli davranmaq məsuliyyəti daşıyır. Ölkə başçısı ölkədən, şəhər rəhbəri şəhərdən, ailə başçısı da ailəsindən məsuldur. Rəhbər öz işçisinin qayğısına qalmaq, onun hüquqlarını təmin etməklə məsul olduğu kimi, işçi də ona iş verən rəhbərin bütün qanuni tələblərini yerinə yetirməklə boynuna düşən vəzifəni vaxtında və qüsursuz şəkildə yerinə yetirməklə mükəlləfdir.
Hər birimiz mükəlləfik, məsuliyyət daşıyırıq. Bir tək əqli yetkinlik yaşına çatmayanlar və əqli qüsuru olanlar məsuliyyətdən kənardırlar. Məsuliyyət üçün, mükəlləfiyyət üçün ağıl əsas şərtdir. İslam hüququnun klassik kitablarında müzakirə olunan fərdi öhdəliklər də elə fərdi məsuliyyətlərdən, cavabdehliklərdən başqa bir şey deyil. Buna baxmayaraq, olduqca çox sayda müsəlmanın öz nöqsanlarına göz yumaraq ümumi problemlər və qlobal məsələlərlə dərindən məşğul olduqlarına rast gəlirik. Onlar bəşəriyyətin vəziyyəti haqqında düşünür, lakin özlərinin saysız-hesabsız nöqsanlarına biganə yanaşırlar.
Əgər fərd olaraq biz də bu cür acınacaqlı vəziyyətdəyiksə və ağlımızı, düşüncəmizi pərdələyən maraqlara uyğun hərəkət ediriksə – o vaxt bəşəriyyətin vəziyyətindən danışmağa necə cürət edə bilərik? Əgər vəziyyətimiz bu cürdürsə, deməli, artıq biz özümüz problemin mərkəzində dayanırıq. Ona görə də, dünyadakı problemləri həll etmək üçün əvvəlcə özümüzü islah etməkdən başlamalıyıq. Cəmiyyətin islahı üçün atdığımız ilk addımlar da elə öz nəfsimizi islah etmək üçün atdığımız addımlar olmalıdır. Dünyada baş verən ümumi problemlər və böhranlar bizi bu məqsəddən asanlıqla yayındırır və öz nəfsimizdə olan ciddi problemləri unutdurur. Özümüzü və düşüncəmizi inkişaf etdirmək kimi mühüm bir vəzifəyə göz yumuruq və ya əhəmiyyət vermirik. Halbuki bunlar bizim ümumi problemlərimizi həll etmək üçün də öz töhfəsini verir.
Bir mühüm məqama da toxunmaq istəyirik ki, məsuliyyət hissi uşaqlıqdan insana tərbiyə yolu ilə verilməlidir. Bu istiqamətdə ən səmərəli tərbiyə üsulu özünütərbiyədir. Əgər insan öz övladına “Təmizkar ol, ətrafı zibilləmə” deyirsə və əlindəki bir kağızı insanların keçdiyi yola atırsa, dediyi sözün də bir əhəmiyyəti olmayacaq. Çünki insan qulaqdan daha çox gözlə tərbiyə alır, yəni, eşitdiyindən artıq gördüyünə inanır.
Məsuliyyət hissinin inkişaf etdirilməsində uşaqların yaşına uyğun əmək fəaliyyətinə cəlb edilməsi də çox vacibdir. Eyni zamanda insan, həvəsi olduğu sahəyə yönləndirilməlidir. Çünki o bu sahədə daha məsuliyyətli olar.
Məsuliyyət hissinin inkişafında uşağa bir vəzifə kimi ev işlərinin tapşırılmasının da çox böyük əhəmiyyəti var. Uşaq ailənin əmək həyatında çox kiçik yaşlardan iştirak etməlidir. Bu yolla uşaq məsuliyyət hissinə daha erkən yaşlarında yiyələnmiş olar.
Bir cəhəti də nəzərə almaq lazımdır ki, uşaqlara evdə iş tapşırılarkən, onlara yaşlarına uyğun, həvəslə icra edəcəkləri, bacaracaqları iş tapşırılmalıdır. Əks halda, onlar işi maraqsız, həvəssiz, könülsüz icra edəcəklər. Və bu, məsuliyyət işinin inkişafında irəli yox, geri atılmış bir addım olacaq.
Məsuliyyətsiz insan heç bir cəmiyyətdə hörmətli sayılmaz, xətir görməz. Dinimizdə münafiqin, yəni, üzdə müsəlman kimi görünən, amma mahiyyətdə İslamdan uzaq olan birinin əlamətlərindən bəhs ediləndə bildirilir ki, beləsi yalan danışar, haram yeyər, əmanət versən, xəyanət edər, başqalarının malına göz dikər...
Bu gün özünü din təəssübkeşi kimi göstərməyə çalışan, amma haramdan çəkinməyən, haqqın tərəfini tutmayanlar var ki, onları görən dindən soyuyur.
Məsuliyyət – elə insanlıq deməkdir. Uca Rəbbimiz hər birimizə doğru istiqamətdə getməyi, mükəlləf olduğumuz, məsuliyyət daşıdığımız vəzifələri dinimizin şərtlərinə uyğun şəkildə yerinə yetirməyi nəsib etsin!
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri