Sensasiya: Rusiya PUA ları birbaşa NATO bazasına uçurmuş...
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Çərşənbə günü axşam NATO-nun daxili təhlükəsizlik brifinqi keçirilib və orada iyirmiyə yaxın rus pilotsuz təyyarəsinin Polşa hava məkanına necə girə bilməsi müzakirə olunub.
Axar.az xəbər verir ki, bu barədə “Die Velt” öz mənbələrinə istinadla yazıb.
Polşanın apardığı ilkin araşdırmaların nəticəsinə görə, PUA-lardan 5-i NATO-nun Polşada yerləşən və Ukraynaya hərbi yardım göndərdiyi bazasına doğru “birbaşa xətlə” uçub.
“NATO hesab edir ki, bu, alyansın cavab vermək sürətini və pilotsuz təyyarələrlə mübarizə üçün istifadə edəcəyi resursları yoxlamaq üçün edilib”, - nəşr bildirib.
Belə ki, aşkar edilmiş pilotsuz təyyarələrin qalıqları arasında heç bir partlayıcı qurğu olmayıb, bu isə Rusiyanın hücum deyil, “yoxlama” niyyətli olmasından qaynaqlanır.
Xatırladaq ki, 10 sentyabrda Rusiyanın 19 ədəd “Şahid” PUA-sı Polşaya hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Sentyabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















