Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir.
Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının 2025-ci və 2026-cı illərin sentyabr ayları üzrə statistik bülletenlərində təqdim olunan “Bank sektorunun mənfəət və zərər haqqında hesabatı” cədvəllərinin müqayisəsinə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artmış, kredit kartlarının sayı isə 3.9% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artmışdır. 2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil etmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0.2%, POS-terminalların sayı isə 4.6% azalmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















