Sentyabra kimi arıqlayın! Türkmənistanda arıqlamayan ifaçılar işini itirə bilərlər
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkmənistanın qərbində dövlət sektorunda çalışan ifaçılara sentyabra kimi arıqlamaq tələbi qoyulub.
Gununsesi.info–nun xəbərinə görə, sənətçilərə tapşırılıb ki, Müstəqillik Günü ərəfəsində çəki atsınlar və “səliqəli” görünsünlər. Bu haqda AzadlıqRadiosuna bir neçə işçi məlumat verib.
Türkmənistanda Müstəqillik Günü sentyabrın 27-də qeyd olunur.
Aktyor, müğənni, rəqqasların iddiasına görə, Balkan vilayətində yerli rəsmilər artıq çəkili ifaçılara deyiblər ki, rəsmi bayram tədbirlərinəcən arıqlamasalar, nəticələrə hazır olmalıdırlar.
İddialara görə, arıqlaya bilməyən şəxslərə deyilib ki, səhnəyə və ya televiziyaya çıxmalarına icazə verilməyəcək, hətta işlərini də itirə bilərlər.
Göstərişin Türkmənistanın avtoritar keçmiş prezidenti, Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovdan gəldiyi deyilir. Xalq Məclisi ölkənin hakimiyyət bütün qanadlarını nəzarətdə saxlayır, siyasətlərini müəyyənləşdirir.
“Berdiməhəmmədovun göstərişi əsasında artıqçəkili mədəniyyət işçilərinə sentyabrın 27-cən arıqlamaq, xüsusilə qarın piylərini əritmək tapşırılıb. Onlara açıq və sərt şəkildə xəbərdarlıq edilib ki, arıqlamasalar, mədəniyyət sistemindən çıxarılacaqları”, – bir aktyor AzadlıqRadiosuna deyib.
Başqa bir ifaçı isə bildirib ki, rəsmilər onların “çox arıq” olmalarını da istəmirlər.
Onlar adlarının çəkilməməsi şərti ilə danışıblar, çünki təqiblə üzləşə bilərlər. Axı, Türkmənistan hökuməti hər hansı tənqidi qəbul etmir.
Türkmənistan keçmişdə polis işçilərinə arıqlamaq göstərişi verilmişdi, əks halda, işdən çıxarılacaqları deyilmişdi.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















