Icma.az
close
up
RU
Razılaşma sentyabra qaldı?

Razılaşma sentyabra qaldı?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ilə Livan payızda 8-ci dəfə masa arxasına oturacaq

Yaxın Şərqin daha bir münaqişəsi - İsrail Livan qarşıdurmasının dayandırılması istiqamətində danışıqlar prosesi payıza qaldı. Belə ki, ABŞ-ın vasitəçiliyi ilə keçirilən müzakirələrin növbəti raundu sentyabrın əvvəlində baş tutacaq. Bu barədə xarici mətbuata müəyyən mənbələr xəbər verib. Bildirilib ki, ötən həftə danışıqların Romada keçirilən raundu o qədər də uğurlu olmayıb, çünki rəsmi Beyrut İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasında təkid edir, Təl-Əviv isə “Hizbullah” qruplaşmasının tamamilə tərk-silah edilməsinin zəruriliyini bildirir. Növbəti raund ərəfəsində ABŞ tərəflərin tərk-silah prosesinin yoxlanılması mexanizmində iştirak edəcək ölkələrin siyahısını razılaşdırmasına nail olmağa çalışır. Mənbənin sözlərinə görə, İsrail beynəlxalq platformalarda bu ölkəyə qarşı addımlar atmış ölkələrin siyahıya daxil edilməsinə qarşıdır. Tərəflər, həmçinin həlak olanların qalıqlarının və livanlı məhbusların mübadiləsi məsələsi ilə bağlı paralel danışıqlar aparırlar.

Romada 7-ci raund sükutu...

Qeyd edək ki, avqustun 4-6-da Romada keçirilən 7-ci məsləhətləşmələr raundunda iki rayonda irəliləyiş əldə edilənə qədər Livanın “pilot zona”larını genişləndirmək təklifindən imtina edilmişdi. Bundan əlavə, Livan tərəfindən ölkənin cənubundakı Nəbatiyyə rayonundakı Əli-ət-Tahir yüksəkliklərindən “Hizbullah” hərəkatı qüvvələrinin çıxarılması tələb olunmuşdu. Nəticə etibarı ilə, konkret razılaşmalar əldə olunmamışdı. Tərəflər əsas mübahisəli məsələlərdə dalana dirənmişdilər. Tərəflər arasında məhbus mübadiləsi məsələsində də fikir ayrılığı yaranmışdı. Həmçinin Livan nümayəndə heyətinin öz daxilində siyasi və hərbi nümayəndələr arasında fikir ayrılığı razılaşmanın əldə olunmasına mane olmuşdu. Bununla belə, ABŞ Dövlət Departamenti danışıqları səmərəli adlandırıb. Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, “Livan və İsrail pilot zona prosesinin irəliləməsi və genişləndirilməsi üçün razılığa gəlməyə daha yaxındırlar”.

Xatırladaq ki, İsrail və Livan 26 iyunda Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Sənəd hərbi əməliyyatların dayandırılmasını hədəfləyir. Sazişlər İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və pilot zonalarda Hizbullahın tərksilah edilməsini nəzərdə tutur. Dövlət Departamenti artıq pilot zona layihəsinin başlanması ilə bağlı uğurlu addımlar atıb. Lakin Livan hakimiyyəti İsraili bu sazişlərin həyata keçirilməsinə mane olan hərəkətlərdə günahlandırıb.

Böyük ümidlərlə...

Sentyabrda keçirilməsi nəzərdə tutulan növbəti raund isə artıq sadəcə diplomatik təmas deyil, 26 iyun 2026-cı il çərçivə razılaşmasının taleyini müəyyənləşdirə biləcək mərhələ kimi qiymətləndirilir. Siyasi analitiklərin fikrincə, ən real ssenari mərhələli razılaşma və “pilot zonalar”ın genişləndirilməsi ola bilər. Belə ki, sentyabr görüşündən əsas gözlənti də budur - mərhələli mexanizm işə salınmalıdır. Bunun üçün ilk növbədə razılaşmada olduğu kimi, cənubi Livanda “pilot zonalar”ın müəyyənləşdirilməsi, həmin ərazilərə Livan ordusunun yerləşdirilməsi və İsrail qüvvələrinin müəyyən mövqelərdən geri çəkilməsi məsələsi razılaşdırıla bilər. Mütəxəssislər bildirirlər ki, sentyabr görüşünün əsas üstünlüyü məhz kiçik, lakin icra edilə bilən addımların müəyyənləşdirilməsi kontekstində ortaya çıxacaq. Belə nəticə əldə olunarsa, bu, həm Vaşinqton üçün diplomatik uğur, həm də Livan hökuməti üçün mühüm siyasi nəticə olacaq. Eyni zamanda İsrail istədiyi təhlükəsizlik zəmanətini  əldə edəcək.

Əsas məsələ Hizbullahın silahsızlaşdırılmasıdır

Qeyd olunmalıdır ki, danışıqlarda dalan nöqtələrdən biri məhz Hizbullahla bağlıdır. Xarici media yazır ki, sentyabr görüşündən əsas gözləntilərdən biri də Hizbullahın silahsızlaşdırılması məsələsinin tam şəkildə reallaşması olacaq. Qeyd edək ki, hazırda əsas ziddiyyət də buradadır - İsrail öz qüvvələrinin Livanın cənubundan çıxmasını Hizbullahın silahsızlaşdırılması ilə paralel inkişafını istəyir. Hizbullah isə İsrail ərazidən çıxmayana qədər silah məsələsinin müzakirəsini qəbul etmir. Bu səbəbdən sentyabr görüşündə tam silahsızlaşdırma barədə razılığın əldə olunması ən vacib detala çevriləcək. Analitiklər hesab edirlər ki, dolayı və mərhələli kompromis burada ən yaxış çıxış yoludur - Hizbullahın ağır silahlarının, raket sistemlərinin və İsrail sərhədinə yaxın hərbi infrastrukturun ləğvi qarşılığında İsrail müəyyən ərazilərdən geri çəkilə və Livanın suverenliyinə dair daha konkret öhdəliklər götürə bilər. Siyasi şərhçilər belə bir kompromisin ABŞ-ın vasitəçiliyi olmadan mümkün ola bilməyəcəyini bildirirlər. Vaşinqton həm İsrailə geri çəkilmə, həm də Livana Hizbullah məsələsində daha ciddi addımlar atmaq üçün təzyiq göstərməlidir. Bu baş verərsə, sentyabr görüşü hazırkı dalandan çıxış üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər.

Üçüncü tərəfin iştirakı...

Sentyabr görüşündə Livan ərazisi üzrə də Qəzzaya oxşar mexanizmin qəbulu da mümkün sayılır. Hətta Hizbullahın silahsızlaşdırılmasına beynəlxalq nəzarət mexanizminin yaradılması da mümkündür - artıq ABŞ vasitəçiliyi ilə bu məsələ üzrə müxtəlif ölkələrin iştirakı müzakirə edilir. “Reuters”-in məlumatına görə, Böyük Britaniya, İtaliya, İsveçrə və İndoneziyanın mümkün mexanizmdə iştirakı nəzərdən keçirilib, lakin Livan avqustun 13-də belə bir siyahı ilə bağlı yekun razılaşmanın olmadığını bildirib. Siyasi şərhçilər bu məsələnin də sentyabr görüşündə müzakirə predmeti ola biləcəyini istisna etmirlər. Çünki əsas problem yalnız silahsızlaşdırmanın həyata keçirilməsi deyil, prosesə hansı tərəfin nəzarət edəcəyi məsələsidir. İsrail Livan ordusunun imkanlarına tam etibar etmir. Livan isə İsrail qüvvələrinin öz ərazisində qalmasını və birtərəfli yoxlamalar aparmasını qəbul etmək istəmir. Buna görə üçüncü tərəfin iştirakı hər iki tərəfə müəyyən təminat verə bilər. Beynəlxalq qüvvələr Livan ordusunun fəaliyyətini müşahidə edə, razılaşdırılmış ərazilərdə silahların çıxarılmasına nəzarət edə və İsrailə prosesin pozulmadığı barədə hesabat verə bilər.

Razılaşma olmasa...

Sentyabr görüşündən iərliləyiş gözləməklə yanaşı, fərqli mənzərə də formalaşa bilər - danışıqların yenidən dalana dirənməsi. Analitiklərin kifayət qədər ciddi hesab etdiyi belə bir nəticənin proqnozlaşdırılmasına əsas səbəb tərəflərin bir-birinə zidd dayanması, razılıq üçün bir addım da olsa önə çıxmamasıdır. Analitiklər bildirirlər ki, belə vəziyyətdə sentyabr görüşü yalnız yeni danışıqlar tarixinin müəyyənləşdirilməsi ilə yekunlaşa bilər. Bu isə diplomatik prosesin tamamilə iflasa uğraması demək deyil. Əksinə, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar kanalının açıq qalması hərbi eskalasiyanın qarşısını alan əsas amillərdən biri ola bilər.

Amma bu da əks effekt verə bilər - diplomatik prosesin fonunda hərbi eskalasiya yenidən güclənə bilər. Analitiklərin fikrincə, sentyabr görüşünə qədər və ya görüşdən dərhal sonra sərhəddə baş verə biləcək ciddi insident bütün diplomatik hesablamaları dəyişəcək. Sərhəddə baş verə biləcək hər hansı böyük insident isə daha geniş regional qarşıdurmanın elementinə çevrilə bilər. Analitiklər bunun ən arzuolunmaz variant olduğunu bildirirlər. Çünki belə halda iyunun 26-da əldə edilmiş çərçivə razılaşması faktiki olaraq dondurula, İsrailin cənub Livandakı hərbi mövcudluğu uzana və Livanın onsuz da ağır olan humanitar-iqtisadi böhranı daha da dərinləşə bilər.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Avqust 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Qazaxıstanlı atlet Asiya Oyunlarının qızıl medalından məhrum edildi

29 Sentyabr 2026 00:32see139

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138

“İbrahim, çölə” şüarından sonra meydanı tərk etdi Video

29 Sentyabr 2026 00:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri