Sentyabrın 24 də Yer kürəsində maqnit fırtınası gözlənilir
Icma.az, Ayna saytına istinadən bildirir.
Günəşdə tac dəliyi səbəbindən Yer kürəsində zəif G1 maqnit fırtınası gözlənilir
Sentyabrın 24-də - cümə axşamı Günəşdə tac dəliyi səbəbindən Yer kürəsində zəif G1 maqnit fırtınası gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, "payızın ikinci maqnit fırtınası sentyabrın 24-də gözlənilir".
Laboratoriya tərəfindən təqdim edilən cədvələ əsasən, sentyabrın 24-də G1 səviyyəsində zəif fırtına gözlənilir.
Alimlərin fikrincə, bu, Günəşin cənub qütbündən ekvatora qədər uzanan və sabahısı gün ekvatorial kənarı ilə Yerə "toxunacaq" Günəşdəki tac dəliyi ilə əlaqədar gözlənilir.
Məlumatda deyilir: "Yaxın günlərdə alov aktivliyi hazırkı aşağı səviyyədə qalacaq. Böyük qütblər qırıla bilər".
Laboratoriya Günəşin və kosmik havanın ümumi vəziyyətinin sakit kimi qiymətləndirildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 Sentyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















