SEPAH: İraqdakı qruplaşmaların tərk silahı İrana zərbə olacaq
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İraqdakı şiə qruplaşmalarının silahlarını hökumətə təhvil verməsi İranın mövqelərinə ciddi zərbə vuracaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bəyan edib.
"İraqdakı qruplaşmaların tərk-silah edilməsi və silahların dövlətin nəzarətinə verilməsi İrana arxadan vurulan zərbə olacaq", - deyə Qaani bildirib.
Qaani həftənin əvvəlində əvvəlcədən elan olunmamış səfərlə İraqa gedib. Bağdadda keçirdiyi görüşlər zamanı "Qüds" qüvvələrinin komandanı İraq siyasətçilərini şiə qruplaşmalarının silahlarını dövlət strukturlarının nəzarətinə tam şəkildə təhvil verməsi müddətinin təxirə salınmasına razı salmağa çalışıb.
İyunun sonunda İraq hökuməti müəyyən edib ki, sentyabrın sonu ölkə ərazisində fəaliyyət göstərən bütün hərbiləşdirilmiş birləşmələrin silahlarını dövlətə təhvil verməsi üçün son tarix olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Avqust 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















