Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Separatçılar İrəvanda da dinc dayanmırlar

Separatçılar İrəvanda da dinc dayanmırlar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 23-nə mitinq təyin edənlər kütləvi qarşıdurma yaratmaq niyyətindədir

Ötən əsrin sonlarında Qarabağda separatçı hərəkata başlayan, İrəvandan aldıqları hərtərəfli dəstək sayəsində azərbaycanlıları öz doğma yurd-yuvalarından qovub çıxaran, başlarına olmazın müsibətlər açan, 2023-cü ilin sentyabrında isə Azərbaycan dövlətinin irəli sürdüyü reinteqrasiya planını qəbul etməyərək, könüllü şəkildə Ermənistana köçən ermənilər orada da dinc dayanmırlar. Sonuncu dəfə martın 29-da İrəvanın mərkəzindəki “Azadlıq” meydanında “Dağlıq Qarabağdan olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi” adı altında mitinq keçirən bu narazı kütlə Nikol Paşinyan hökuməti qarşısında bir sıra tələblər irəli sürmüşdü. Tələb etmişdilər ki, hökumət onların yığılıb qalmış çox sayda sosial-məişət və digər problemlərini həll etsin. Aprelin 1-dən etibarən “köçkünlərə” ayrılan maliyyə yardımının kəsilməsi fonunda keçirilən mitinqdə irəli sürülən tələblər sırasında hökumətin onları Qarabağa qaytarması iddiası da var idi.

Aydındır ki, bu tələblərin heç biri yerinə yetirilməyib. Belə olan təqdirdə separatçılar yenidən mitinq keçiriblər. Ermənistan mediasının “Dağlıq Qarabağdan olan bir qrup fəalın və ictimai xadimin etiraz aksiyası” kimi təqdim etdiyi başıpozuq dəstə əvvəlcə ölkənin xarici işlər nazirliyinin binası qarşısına toplaşıb. Qeyd ediblər ki, aksiyanın məqsədi Ermənistan hakimiyyətinin siyasəti ilə razılaşmadıqlarını bildirməkdir. Mitinq iştirakçıları əmin olduqlarını diqqətə çatdırıblar ki, Ermənistan rəhbərliyinin “Qarabağ səhifəsini” bağlamağa haqqı yoxdur. Onlar martın 29-da keçirilən mitinqdə irəli sürdükləri tələbləri, o cümlədən sosial problemlərinin həlli, Bakıda məhkəməsi keçirilənlərin qaytarılması, Qarabağ ermənilərinin hüquq və mənafelərinin beynəlxalq qurumlarda müdafiəsini xatırladıblar.

“Artsaxı dirçəltmək” hərəkatının koordinatoru Anastas İsraelyanın jurnalistlərə verdiyi məlumata görə, onların qaldırdıqları məsələlər təkcə “Qarabağ xalqı”nı (?) deyil, bütün erməni xalqını narahat edir: “Əgər hakimiyyət orqanlarının suallara cavabı yoxdursa, bu o demək deyil ki, ümumiyyətlə cavab yoxdur, sadəcə olaraq, onları tapa bilməyiblər. Biz cəmiyyət, xalq olaraq problemlərimizin həllini tələb etməliyik”. A.İsraelyanın fikrincə, hazırkı vəziyyət hakimiyyət orqanlarının səhv və nöqsanlarının nəticəsidir.

Öz növbəsində, Qarabağdan olan “fəal” Nare Simonyan etiraz aksiyası zamanı bəyan edib ki, 2021-ci ildə Ermənistan hakimiyyəti əhalinin gözünə kül üfürmək və guya, Qarabağın gələcəyindən narahat olduğunu göstərmək üçün özünün seçki proqramına bir sıra vədlər daxil etmişdi. Lakin seçkilərdə qələbə çaldıqdan sonra hakim qüvvə verdiyi vədləri yerinə yetirməyib.

Qeyd edək ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətə və təslimolma aktını imzalamasına baxmayaraq, Paşinyan iqtidarı ilk dövrlərdə revanş arzusunda idi. Onun bu arzusu 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərinə dair proqramında da öz əksini tapmışdı. Söhbət hakim “Mülki müqavilə” partiyasının “Şuşa və Hadrutun geri qaytarılacağı və Dağlıq Qarabağın ərazi bütövlüyünün bərpası”na dair verilən vəddən gedir. Hətta Paşinyan komandası həyasızlıq edərək proqramda “Şuşa və Hadrutun işğaldan azad ediləcəyi” sözünü yazdırmışdı. İndi keçirilən aksiyada çıxış edən Nare Simonyan da buna işarə edir və bildirir ki, hakimiyyət nəinki Şuşa və Hadrutu qaytara (?) bilmədi, əksinə “Artsax”ın digər ərazilərini də “təslim etdi”.

Aksiya iştirakçıları nümayişkaranə şəkildə “Mülki müqavilə”nin seçkiqabağı proqramını yandırıblar. Daha sonra etiraz aksiyası Ermənistan baş prokurorluğunun binası qarşısında davam etdirilib.

“Hraparak” qəzeti isə yazır ki, separatçıların növbəti mitinqi aprelin 23-nə təyin edilib. Qeyd edilib ki, aprelin 15-i onlar üçün məsləhətləşmələrin sonuncu günü idi: “Xatırladaq ki, baş nazirin müavini Tiqran Xaçatryanla görüşdən sonra Ermənistan nazirlər kabinetinin “Qarabağ xalqı”nın tələblərini yerinə yetirmək niyyətində olmadığı məlum olanda, “Artsax xalqının hüquqlarını müdafiə şurası” ictimai və siyasi dairələrlə məsləhətləşmələrə başladığını və bundan sonra öz fəaliyyətlərinin yol xəritəsini dərc edəcəyini açıqlamışdı. Şuranın aprelin 15-də böyük mitinq elan edəcəyi ilə bağlı xəbərlər var. İlkin müzakirələrə görə, mitinqin aprelin 23-də, “erməni soyqırımını anım günü” ərəfəsində keçirilməsi planlaşdırılır. Üstəlik, 7 il əvvəl məhz bu gün Serj Sarkisyan istefa verib, Nikol Paşinyana hakimiyyətə yol açıb və bu, gələcək sarsıdıcı itkilərin başlaması üçün simvolik gün sayıla bilər. Ənənəvi məşəl yürüşü də aprelin 23-də keçirilir. Buna görə də təşkilatçılar düşünürlər ki, aprelin 23-ü güclü etiraz dalğasının baş qaldıra biləcəyi gündür”.

Ancaq hakimiyyət Qarabağdan gələnlərin ittihamlarını qəbul etmir. Ölkənin mərkəzi bankının sədr müavini Armen Nurbekyan bildirib ki, Ermənistan hakimiyyəti Qarabağdan olan və Ermənistanda qeydiyyatı olmayan təsərrüfat subyektlərini əvvəllər yığılmış borclarını ödəməyə məcbur edəcək. Aprelin 14-də parlamentin dövlət və hüquq məsələləri daimi komitəsinin iclasında müzakirələr zamanı çıxış edən Nurbekyan deyib ki, Qarabağdan olan və Ermənistanda qeydiyyatdan keçməyən fərdi sahibkarlar və ya hüquqi şəxslər tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi halında hökumətə və maliyyə təşkilatlarına girovla bağlı hüquqlarını həyata keçirməyə imkan verəcək mexanizmin tətbiqinə ehtiyac var. Qarabağdan olan sahibkarlara 2024-cü il dekabrın 1-dək vaxt verilib. Onlar da bizneslərini qeydiyyatdan keçirməli idilər. Hökumətin müəyyən etdiyi müddət başa çatıb: “Ermənistanda qeydiyyatdan keçməmiş, lakin hələ də aktiv kredit öhdəlikləri olan şirkətlər var. Ümumilikdə, söhbət Qarabağdan iri şirkətlərin 30-40 kreditindən və 27 milyard dramdan gedir”.

İqtidar partiyasının deputatı Lilit Minasyan isə müzakirələr zamanı “Qarabağdan məcburi köçkünlər” üçün nəzərdə tutulan dəstək proqramlarının məhdudlaşdırılması mövzusuna toxunmaq qərarına gəlib. Onun sözlərinə görə, “məcburi köçkünlərə” verilən maliyyə yardımının ən böyük hissəsini ictimai məkanda yayılan bəyanat və fikirlərə zidd olaraq Ermənistan hökuməti ayırıb: “Eyni zamanda, vəsaitlərin əhəmiyyətli hissəsinin üçüncü dövlətlər və təşkilatlar tərəfindən ayrıldığı barədə vaxtaşırı informasiyalar ictimai müzakirələrə çıxarılır. O cümlədən, Qarabağdan gəlmiş şəxslərə sosial dəstək və səhiyyə proqramları çərçivəsində maliyyə yardımı 115 milyard dram təşkil edib. Lakin Ermənistan hökuməti, hər şeydən əlavə, “dqr” hökumətinin borclarını da öz üzərinə götürüb. Söhbət 220 milyard dramdan gedir”.

Beləliklə, aydın olur ki, Qarabağ erməniləri ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətlər nəinki səngimir, əksinə daha da kəskinləşir. Separatçılar hakimiyyəti “Qarabağı Azərbaycana təslim etməkdə, Qarabağ səhifəsini bağlamaqda”, bu məsələni beynəlxalq müstəviyə daşımamaqda, eləcə də sosial problemlərin həll olunmamasında ittiham edirlər. Rəsmi İrəvan isə ölkənin hazırda üzləşdiyi problemlərin kökündə 1980-ci illərin sonlarında Xankəndidə başlanan separatizm hərəkatının dayandığı qənaətindədir. Eyni zamanda, separatçıların bu gün də İrəvanda qarışıqlıq salmaq, qarşıdurma yaratmaq cəhdləri onlara münasibətin pisləşməsinə gətirib çıxaran amildir. Bu vəziyyətin aprelin 23-nə təyin edilmiş mitinqdən sonra daha da gərginləşəcəyi gözləniləndir.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– Qarabağ erməniləri İrəvanda silsilə etiraz aksiyaları keçirsələr də bunların nəticəsi yoxdur. Onların Ermənistanda mövcud olan sosial problemləri həllini tapmır, kütləvi şəkildə işsizliklə üzləşiblər.

Bu gün onların problemlərinin həllini Ermənistan dövlətindən tələb etmələri normaldır. Çünki Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə onları yalançı ideyalarla yaşadan, yeni işğalçılığa şirnikləndirən Ermənistan dövləti olub. Separatçılar məhz İrəvandan aldıqları təlimata uyğun hərəkət edərək “Qarabağ hərəkatı”na başlayıblar. İlk dövrlərdə və Birinci Qarabağ müharibəsində uğur qazansalar da, sonrakı aqibətləri hər kəsə bəllidir.

Lakin indiki Ermənistan hökuməti isə ölkənin üzləşdiyi problemlərin səbəbkarı kimi Qarabağ ermənilərini və onların separatizm hərəkatını görür.

Qarabağ ermənilərinin 2023-cü ildə Azərbaycanın reinteqrasiya planını qəbul edib bölgədə yaşamaları onlar üçün daha yaxşı olardı. Onlar rasional davransaydılar, indiki vəziyyətə düşməzdilər. Azərbaycan çoxmillətli dövlətdir. Burada müxtəlif xalqlar sülh və əmin-amanlıq içində yaşayırlar. Qarabağ erməniləri də onlardan biri ola bilərdi. Ancaq onlar bu fürsəti də əldən verərək İrəvanda mitinqlər keçirmək yolu ilə nəyəsə nail olmaq istəyirlər. Vaxtilə onlar Xankəndidə də belə etmişdilər. Bu da həmin toplumun xislətindən irəli gəlir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri