Icma.az
close
up
RU
Separatçıların məhkəməsində nə yenilik var?

Separatçıların məhkəməsində nə yenilik var?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub.

Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 "Smerç" (BM-30) və 9K72 "Elbrus" tipli raketlərlə zərbələr endiriblər. Pepperoni pizza

Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri