Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Separatçıların “şər yuvaları” tarixdən silinir Həqiqət Ulu Öndərin tikdiyi binalarda gizlənir...

Separatçıların “şər yuvaları” tarixdən silinir Həqiqət Ulu Öndərin tikdiyi binalarda gizlənir...

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həvva Məmmədova: “Xankəndidə ermənilərin tarixi abidəsi yoxdur – saxta xaçlardan başqa...”


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib. Onun sözlərinə görə, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb: "Pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib. Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür". E.Yusubov onu da bildirib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır. "Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab berən tikililər isə saxlanılır". 

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Qarabağ və ətraf bölgələrdə 30 il müddətində aparılmış qanunsuz tikililərin sökülməsinə ötən il başlanmışdı. Separatçı xunta rejiminin yerləşdiyi Xankəndi şəhərində 1994-cü ildə inşa edilmiş və 2009-cu ildə yenidənqurma işləri aparılmış “parlament binası” Azərbaycan Hökumətinin göstərişinə əsasən söküldü. Sökülən digər bina isə “Arsaxı azad etmiş döyüşçülər” İttifaqının binası oldu. (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“YERKRAP”). Hazırda Xankəndi şəhərində qanunsuz tikililərin, Azərbaycan – Qarabağ memarlıq üslubuna yad binaların söküntüsü davam etdirilir və hər nə qədər ermənilər xislətlərinə uyğun şəkildə vay-şüvən salmaq istəsələr də, Azərbaycan dövlətinin siyasi iradəsinə təsir edə bilməyəcəklər.  


Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Xankəndi sakini olmuş Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu şəhərdə ermənilərin heç bir tarixi abidəsi yoxdur və heç vaxt olmayıb: 


- Erməni separatçılarının şər yuvaları, canilərin məskənləri olmuş binalar, əlbəttə, sökülməlidir. İçərisində xalqımıza, dövlətimizə qarşı faciəli planların qurulduğu binaların sökülməsi təqdirəlayiqdir. Sizə deyim ki, Xankəndidə böyük tikinti işlərinə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanında başlanılıb. Bildiyiniz kimi, Ulu Öndər Qarabağın inkişafına xüsusi diqqət ayırırdı. Nəinki Xankəndi, Ağdərə, Şuşa... Qarabağın bütün bölgələrində Ulu Öndərin siyasi rəhbərlikdə olduğu illərdə nəhəng tikinti-quruculuq işləri aparılıb. Xankəndi (o zaman Stepanakert) Pedaqoji İnstitutu, yataqxanalar, xəstəxana, xəstəxananın cərrahiyyə korpusu, kitabxanalar, İpək fabriki, yaşayış binaları, bunlar hamısı Heydər Əliyevin zamanında və Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Baxmayaraq ki, nankor qonşularımız  Moskvaya yazdıqları danoslarda guya “Dağlıq Qarabağ”ın iqtisadi inkişafdan geri qaldığını iddia edirdilər, bizim tədqiqatçılar, iqtisadçılar statistik rəqəmlərlə sübut etdilər ki, bunlar ağ yalandır. “Dağlıq Qarabağ”a hər il dövlət büdcəsindən nə qədər vəsaitlər ayrılıb, bura Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub.  Xankəndinin tikilməsində, müasirləşməsində hər bir azərbaycanlının əməyi var. Ermənilərsə tarixən öz məkrli siyasətlərinin əsiri olublar. Onlar həmişə çalışırdılar ki, tikintisində iştirak etdikləri binalara xaç işarəsi qoysunlar. Sonra da haray salıb desinlər ki, orada erməni izləri var. Onlar torpaqda da saxta tarixi izlərini qoymağa çalışırdılar. Bunlar gələcəyə hesablanmış hədəflər idi ki, qazıntılar zamanı erməni xaçı, erməni yazısı “üzə çıxsın” və saxta tarixi sübutları dünyaya nümayiş etdirsinlər. Lakin ədalət, həqiqət gec də olsa, həmişə aşkara çıxır. Qarabağda, eləcə də Xankəndidə ermənilərə məxsus heç bir tarix, tarixi bina yoxdur. Sovet vaxtı tikilənlər də Azərbaycanın pulu ilə tikilib. Ermənilər heç nəyə iddia edə bilməz.  Biz qarabağlılar ermənilərin tikdirdiyi binalarda heç yaşamarıq da. Öz dövlətimizə nə gəlib?! Sağ olsun, dövlətimiz, dövlət başçımız, cənab İlham Əliyev. Doğma Qarabağa qayıdacaq əhalimiz üçün yeni binalar tikməyə Azərbaycan dövlətinin iqtisadi gücü yetərincədir. Yaşayış üçün münasib olan binalar da var, hansılar ki, dediyim kimi sovet illərində Azərbaycanın vəsaiti ilə tikilib. 


H.Məmmədova qeyd etdi ki, qanunsuz tikililər sökülməlidir, bu, birmənalıdır: 

- Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geyindirməyə çalışa bilərlər, lakin bu iddiaların heç bir əsası olmayacaq. Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub.  Bunlar qanunsuz tikililərdir, Qarabağ memarlıq üslubuna yad elementləri özündə əks etdirirlər, ona görə də sökülmələrində heç bir məhdudiyyət ola bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri