Icma.az
close
up
RU
Separatçıların tabutuna vurulan 3 cü mismar

Separatçıların tabutuna vurulan 3 cü mismar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

4 il əvvəl Azərbaycan Ordusu revanş xülyası ilə təxribata əl atmış erməni generalların burnunu ovdu

2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan Ordusunun belini qırdığı, kapitulyasiyaya məcbur etdiyi Ermənistan silahlı qüvvələrinin məğlub generalları, eləcə də Xankəndidəki separatçı rejimin quldur dəstələrin başçıları üzlərinə dirənən faktla barışmaq istəmir, ərazimizdə yeni-yeni təxribat törətmək barədə düşünürdülər. Kapitulyasiyanı rəsmiləşdirən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt ötsə də, qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizi tez-tez atəşə tuturdu.

12 sentyabr təxribatına qədər, 2022-ci il avqustun 3-də mənfur qonşumuz sərhəddə yeni təxribat törətmiş və nəticədə hərbi qulluqçumuz əsgər Anar Kazımov şəhid olmuşdu. Amma Azərbaycan Ordusu düşmənin cavabını həmin ərazidə həyat keçirdiyi “Qisas” əməliyyatı ilə layiqincə verdi. Bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü, qarşı tərəfdən təhlükə ehtimalı olan nöqtələrə sarsıdıcı hava zərbələri endirildi.

* * *

Ermənistan silahlı qüvvələrinin Baş nazir Nikol Paşinyana tabe olmaqdan boyun qaçıran, həm də kənardan idarə olunan general və zabitləri iki ölkə arasında normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitmək, beynəlxalq səylərlə aparılan sülh danışıqlarında destruktiv mövqe nümayiş etdirmək, üçtərəfli Bəyanat, eləcə də əldə edilmiş digər razılıqlar çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə mane olmaqdan ötrü müxtəlif üsullara əl atırdılar. Bunu həmin sərhəd təxribatı ilə bağlı sualı cavablandıran zaman Paşinyanın özü də dolayısı ilə etiraf etmişdi. Daşnak-revanşist ünsürlərin məqsədi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması, Ermənistanda istehsal olunan minaların Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi idi. Yəni Bakının irəli sürdüyü sülh gündəliyinə qarşılıq verməməsi İrəvanın bu prosesdə maraqlı olmadığını, üstəlik, prosesə zərbə vurmaq cəhdlərini aydın şəkildə göstərirdi.

Amma, görünür, hay separatizminin tabutuna 3-cü mismar 2023-cü ilin sentyabrından bir il əvvəl – 2022-ci il sentyabrın 12-14-də vurulmalı imiş. İndi isə ermənilərin məlum təxribatının hərbi xronikasına nəzər yetirək. 2022-ci il sentyabrın 12-də gecə saatlarından başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribata əl atdılar. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdi. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi toqquşmaya səbəb oldu. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi və sərhəddə baş verən döyüşdə Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qaldı. Amma təəssüf ki, bizim də itkilərimiz oldu. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində 2 mülki vətəndaşımız da xəsarət alıb.

Ermənistan tərəfi isə daha ağır itkilərlə üzləşdi. İrəvanın rəsmi açıqlamasına görə, düşmən həmin döyüşdə 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb, 300-dən çox hərbi qulluqçusu yaralanıb. Ümumilikdə, qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

* * *

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı sentyabr döyüşlərindən danışarkən deyib: “13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.

Bəli, Prezidentin bəyan etdiyi kimi, haqqı çatanı almaq və tarixi ədaləti bərpa etmək yolunda Azərbaycanı kənar qüvvələrin təhdidləri saxlaya bilməzdi və bilmədi də. 4 il bundan əvvəl baş vermiş hərbi qarşıdurmadan Bakının çıxardığı nəticə bu oldu ki, Ermənistan tərəfi təcavüzkar hərəkəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozdu. Ermənistanın atdığı bu avantürist addımın iki ölkə arasında aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu dünya ictimaiyyəti də gördü. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda Ermənistan hərbi təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə nümayiş etdirdi.

Aydın məsələdir ki, baş vermiş təxribata, hərbi qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşürdü. Rəsmi Bakı bunu birmənalı şəkildə bildirdi və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atılacaq hər bir addımın qarşısının məhz qətiyyətlə alınacağını bəyan etdi.

2022-ci il sentyabrın 12-də düşmənin təxribatı ilə başlamış hərbi qarşıdurma 44 günlük müharibədə biabırcasına uduzmuş Ermənistan ordusunun bəzi generallarının revanş barədə düşünməkdən əl çəkmədiyini, həm dövlət sərhəddində, həm də separatçıların sonuncu yuvası Xankəndində Azərbaycana qarşı növbəti hərbi təxribat planları cızdıqlarını üzə çıxardı. Bakı bunu onsuz da yaxşı görür və başa düşürdü ki, artıq hay silahlı tör-tüküntüsünün Qarabağda mövcudluğu ilə barışmaq olmaz. Çünki bıçaq sümüyə dirənmişdi. Və Azərbaycanın müzəffər ordusu Kəlbəcər döyüşlərindən bir il sonra cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpası ilə yanaşı, ümumiyyətlə, Cənubi Qafqazda hay separatizminin tabutuna sonuncu – 4-cü mismarı da vurmuş oldu.

XQ-nin Analitik Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri