Braziliyanın sabiq prezidentinin oğlu korrupsiyada şübhəli bilinir
Lent az saytına istinadən Icma.az xəbər verir.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun böyük oğlu və oktyabr ayında keçiriləcək prezident seçkisinin favoritlərindən biri olan senator Flaviu Bolsonaru korrupsiya və çirkli pulların yuyulması işi üzrə şübhəli bilinib.
Lent.az AFP-yə istinadən xəbər verir ki, bu barədə sentyabrın 11-də, səsverməyə bir aydan az vaxt qalmış yayımlanan məhkəmə sənədində məlumat verilib.
Məlumata görə, Braziliya Ali Məhkəməsinin hakimi hələ iyul ayında 45 yaşlı senator barəsində araşdırmaya başlanılmasına icazə verib. O, 2019-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş və hazırda dövlət çevrilişinə cəhdə görə 27 ildən çox müddətə həbs cəzası çəkən J.Bolsonaru haqqında "Dark Horse" ("Qaranlıq at") bioqrafik filminin istehsalının maliyyələşdirilməsi ilə bağlı mümkün pozuntularda şübhəli bilinir.
May ayında Flaviu Bolsonaru bankir Daniel Vorkarudan pul istədiyini etiraf edib. O, 2019-2025-ci illərdə 12 milyard realdan (2,35 milyard dollardan çox - red.) çox məbləğdə maliyyə fırıldağı təşkil etməkdə ittiham olunaraq həbsdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 12 Sentyabr 2026 03:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















