Icma.az
close
up
RU
Şər həmişə qışqırmır

Şər həmişə qışqırmır

525.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi filmlər müharibəni göstərir, bəziləri isə müharibənin insan ruhunda qoyduğu izi. Britaniyalı rejissor Conatan Qleyzerin Martin Emisin eyniadlı romanı əsasında ekranlaşdırdığı "Nəzarət zonası" (The Zone of Interest, 2023) ikinci qəbildəndir. O, Holokostun özünü deyil, insanın şərə necə alışdığını göstərir. Rejissor zorakılığı ekrana gətirmir, onu divarın arxasında saxlayır. Tamaşaçı isə həmin divarın bu tayında yaşayan insanların rahat həyatını izlədikcə görünməyən dəhşətin miqyasını daha dərindən hiss edir.

Qleyzer Martin Emisin romanını sərbəst şəkildə ekranlaşdıraraq süjetdən çox onun ideyasını qoruyub. Filmin mərkəzində Auşvitz ölüm düşərgəsinin komendantı Rudolf Höss və ailəsinin gündəlik həyatı dayanır. Onlar düşərgənin lap yanında yerləşən rahat evdə yaşayır, uşaqlar bağçada oynayır, ailə süfrəsi açılır, güllər becərilir. Divarın o tayında isə minlərlə insan sistemli şəkildə ölümə göndərilir. Filmin əsas paradoksu da məhz budur: rahat məişət və misli görünməmiş vəhşilik eyni məkanda yanaşı mövcuddur.

Rudolf Höss obrazını Kristian Fridel, onun həyat yoldaşı Hedviqi isə müasir Avropa kinosunun ən parlaq aktrisalarından biri sayılan Sandra Hüller canlandırır. Hüllerin oyunu filmin ən güclü tərəflərindən biridir. Onun yaratdığı obraz qaz kameralarından qalxan tüstünü, insan qışqırıqlarını və yandırılan meyitlərin qoxusunu adi həyatın bir hissəsi kimi qəbul edir. Aktrisanın soyuq baxışları, kobud davranışı və emosiyasız mimikası personajın mənəvi korluğunu ustalıqla açır.

Filmin vizual dili də bu ideyaya xidmət edir. Kamera əsasən hərəkətsizdir, orta planlara üstünlük verilir, tutqun rənglər və səliqəli interyerlər ailənin zahiri rahatlığı ilə divarın arxasındakı cəhənnəm arasında kəskin kontrast yaradır. Qleyzer bir çox səhnəni gizli kameralarla çəkərək maksimum təbiilik əldə edib. Rejissorun sözlərinə görə, məqsəd tamaşaçını emosional manipulyasiya ilə deyil, sakit müşahidəçi mövqeyinə gətirmək idi. Buna görə də filmdə dramatik musiqi, qəhrəmanlıq nitqləri və ya klassik kino effektləri demək olar ki, yoxdur. Kamera hadisələri sadəcə izləyir və hökm vermir. Məhz bu soyuqqanlı müşahidə üslubu tamaşaçını ekranda baş verənlər barədə özü düşünməyə vadar edir.

"Nəzarət zonası"nın ən böyük uğuru isə səs həllidir. Film təsadüfi deyil ki, 2024-cü ildə "Oskar" mükafatının "Ən yaxşı səs" nominasiyasında qalib gəldi. Zorakılıq ekranda görünmür, amma qatar fitləri, atəş səsləri, itlərin hürüşməsi, krematoriyanın uğultusu və uzaqdan gələn insan qışqırıqları görünməyən faciəni tamaşaçının təsəvvüründə canlandırır. Britaniyalı bəstəkar Mika Levinin narahatedici musiqisi də bu atmosferi daha da gücləndirir. Burada səs sadəcə texniki element deyil, filmin əsas dramaturji vasitəsidir.

Bununla belə, bəzi tənqidçilər hesab edirlər ki, Qleyzer Holokost haqqında prinsipial yeni fikir irəli sürmür və şərin fəlsəfi mahiyyətinin təhlili baxımından Lukino Viskonti və Mixael Haneke kimi rejissorların ekran əsərlərinin dərinliyinə çatmır. Bu iradlarda müəyyən həqiqət payı var. Lakin Qleyzerin məqsədi də başqa cürdür. O, şərin mənbəyini deyil, ona uyğunlaşmış insan şüurunu araşdırır. Onun filmi insanın dəhşətə necə alışmasını, vicdanın isə bunu necə normaya çevirməsini göstərir.

Filmin finalı bu fikri daha da gücləndirir. Hadisələr qəfil bu gün fəaliyyət göstərən Auşvitz-Birkenau Dövlət Muzeyinə keçir. Muzey əməkdaşlarının ekspozisiyanı sakitcə təmizləməsi keçmişlə bu gün arasında körpü yaradır və yaddaşın qorunmasının vacibliyini xatırladır. Bu səhnə göstərir ki, tarix yalnız arxivlərdə qalmır; o, insanların yaddaşında yaşadıqca gələcək nəsillər üçün də xəbərdarlıq olaraq qalır.

Film dünya kino ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. "The Guardian", "Variety" və RogerEbert.com kimi nüfuzlu nəşrlər onu son illərin ən təsirli Holokost filmlərindən biri adlandırdılar. Bunun səbəbi göstərilən zorakılıq deyil, göstərilməyən dəhşətin yaratdığı sarsıntıdır. "Nəzarət zonası" 2023-cü ildə Kann Film Festivalında Qran Pri mükafatına layiq görüldü, 2024-cü ildə isə "Ən yaxşı beynəlxalq film" və "Ən yaxşı səs" nominasiyalarında iki "Oskar" qazandı. Bundan başqa, ekran əsəri Britaniya Kino və Televiziya Akademiyasının (BAFTA) mükafatlarında da bir neçə nominasiyada qalib oldu. Bu uğurlar Holokost mövzusuna fərqli baxışın dünya kino ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini göstərdi.

"Nəzarət zonası" müharibə haqqında film olmaqdan daha çox, insan vicdanı haqqında ekran əsəridir. O göstərir ki, şər həmişə silah və qan içində görünmür. Bəzən o, baxımlı bağçanın, səliqəli evin və ailə rahatlığının arxasında gizlənir. Film bitəndən sonra yadda qalan da məhz budur: divarın o tayından gələn səslər və bu taydakı qorxunc sükut.

"525"

Treyler:  https://www.youtube.com/watch?v=0DmawoNe9Vk

Rusca:  https://ok.ru/video/11780922346023

Türkçə:  https://www.fullhdfilmizlesene.life/film/ilgi-alani-2/
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri