Icma.az
close
up
RU
Şər yuvalarının fəaliyyəti sona çatır Vüqar Rəhimzadə

Şər yuvalarının fəaliyyəti sona çatır Vüqar Rəhimzadə

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiq olduqları son

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Ölkəmiz hər zaman demokratik təsisatların inkişafına böyük önəm verir. Bu baxımdan bir çox beynəlxalq siyasi qurumlarla əməkdaşlıq əlaqələri qurulub. Amma zaman keçdikcə bəzi beynəlxalq siyasi institutlar müxtəlif maraq qruplarının əlində alətə çevrilərək müstəqil siyasət həyata keçirən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa başladı. Bu çirkin kampaniyaları “demokratiyaya dəstək”, “insan hüquqlarının müdafiəsinə dəstək”, “azad mətbuata dəstək” və s. bəhanələr pərdəsi ilə örtməyə çalışdılar. Əsl məqsəd müstəqil siyasəti qəbul etməmək, hər vasitədən istifadə edərək öz maraqlarını reallaşdırmaq olub. Bu sırada ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Beynəlxalq İnkişaf Agentliyi – USAID, “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyaları ön planda olublar. Bu qurumlar uzun onilliklər ərzində müxtəlif dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Guya müstəqil olan bu cür qurumlar əslində siyasi proseslərə müdaxilə etməyi, cəmiyyətləri çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etməyi, dövlətçilik prinsiplərini zəiflətməyi fəaliyyətlərində əsas istiqamət seçmişdilər. Bu məqsədlə ölkə daxilində öz maraqları üçün şəbəkə formalaşdıraraq müxtəlif çirkin niyyətlərini həyata keçirməyə cəhdlər edirdilər. Amma ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra həmin qurumların əsl siması ifşa olundu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzaladı. Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir. “Amerikanın səsi” və “Azadlıq radiosu” uzun onilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Özü də bu çirkin oyunlar USAID-ın “humanitar” yardım göstərmək adı ilə bu media qurumlarına ayırdığı “qrant”lar vasitəsilə həyata keçirilib. ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın səsi” uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Donald Trampın bu qurumların hökumətdən maliyyələşdirilməsinə son qoyulması ilə bağlı qərarı erməni lobbisinin, həmçinin dünya ölkələrində sabitliyin pozulmasında maraqlı qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Hətta onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər. Səbəb aydındır. Tramp onların illərdir yaratdığı bataqlığı qurutmağa başlayıb. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətinə toxunaraq bildirdi ki, dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq: “Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq.”

Vüqar Rəhimzadə vurğulayıb ki, “Azadlıq” radiosunun “demokratik dəyərlər” bəhanəsi ilə destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. Bu qurum Azərbaycana qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edərək hər zaman riyakar fəaliyyəti ilə seçilib. “Soyuq müharibə” dövrünün təbliğat vasitəsi olan “Azadlıq radiosu” və “Amerikanın səsi” uzun illər ərzində yalan informasiyalar yaymaq, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd etməklə məşğul olublar. Adıçəkilən qurumlar keçmiş işğal dövründə Azərbaycanın ərazilərinin işğalını, suverenliyinin pozulmasını, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşməsini dünyaya çatdırdılarmı? Xeyr! Əksinə aldıqları sifarişlərə uyğun olaraq birmənalı şəkildə Ermənistanın, erməni lobbisinin maraqlarını uyğun çirkin təbliğatla məşğul oldular. İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri və ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 zamanı bu qurumlar öz çirkin təbliğatlarını davam etdirdilər. Hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə çalışıblar. Ötən illər ərzində Azərbaycanla bağlı qərəzli və ikili standartlardan çıxış edən çoxlu sayda materiallar yayımlayıblar. Bu baxımdan həmin qurumların fəaliyyətinin ləğvi və ya məhdudulaşdırılması müxtəlif xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması baxımından vacib addımdır. Ümid edirik ki, Tramp administrasiyasının qərarı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı da çirkin kampaniyalar həyata keçirmiş bu şər yuvalarının fəaliyyətinə birdəfəlik son qoyacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən il Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bir daha diqqəti bu reallıqlara yönəltdi ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Faktların manipulyasiyası diqqətdən kənarda qalmır. Ölkəmiz uzun illər bunun qurbanı olub. Əlbəttə, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə, bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər. Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər. Ölkəmizə gələn xarici qonaqlar bildirirdilər ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik. Dezinformasiyalar beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Millət vəkili bildirib ki, bütün cəhdlərə baxmayaraq Azərbaycan daim ardıcıl şəkildə hədəflərə doğru inamla addımlayır. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, söz sahibliyini möhkəmləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri