Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işini başa çatdırdı. Forumun istər açılış mərasimində, istərsə də panel iclaslarda aparılan müzakirələrlə, səsləndirilən çağırışlarla hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Onu da qeyd edək ki,   Prezident  İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verdi. Müsahibədə əsas diqqət  yeni dünya nizamının formalaşmasına, regionda vəziyyətə, Azərbaycanın bununla bağlı mövqeyinə, həmçinin baş verən hadisələrdən kollektiv yanaşma olaraq nəyi öyrənərək irəliyə doğru atılacaq addımlara yönəldildi. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu.  Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı. Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolu daha da artdı. Prezident İlham Əliyevin  “Euronews” televiziyasına müsahibəsi  XII Qlobal Bakı Forumunun öz işinə başladığı  vaxta təsadüf etdiyi üçün tədbirdən gözəntilər diqqətdə oldu.  İştirakçıların beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda ənənəvi olaraq  qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərinə əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev vurğuladı ki, Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından da bəlli oldu ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilir, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılır. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycanın enerji və tranzit imkanları yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir ki, bu da öz növbəsində  ölkələr, xalqlar arasında qurulan əlaqələri daha da möhkəmləndirir. XII Qlobal Bakı  Forum bu hədəfə doğru mühüm addımların atılmasına stimul oldu. Ümumilikdə Forum sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırış oldu. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət də diqqət göstərilən məsələlər sırasında oldu.
Vüqar Rəhimzadə  qeyd edib ki, Forumun mövzusu özündə hazırkı dövrün çağırışını ehtiva etdi. Dövlət başçısı İlham Əliyev sözügedən müsahiəsində  hər bir ölkənin qlobal səviyyədə üzləşdiyi əsas çağırışlardan bəhs edərək bildirdi ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki,  hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, qlobal transformasiyanın ilkin mərhələsindəyik, bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Milli Məclisin deputatı regionda baş verən dəyişikliklərlə bağlı   Azərbaycanın mövqeyinə də diqqəti yönəldib. Prezident İlham Əliyev bu çağırışı səsləndirdi ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər olsun  ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Regionda baş verən dəyişiklərdən kollektiv olaraq nəyi öyrənərək irəliyə getməyin mümkünlüyünə gəldikdə isə dövlətimizin başçısı  Ilham Əliyev bildirdi ki, qlobal nizamı olduqca düzgün qiymətləndirdik. Milli maraqlarımız məsələsində  heç kəsə və ya heç bir təsisata arxalanmamışıq.
Azərbaycan hazırda müstəqil siyasətinin uğurlarını yaşayır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siysi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər gətirdi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bunun nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Həmçinin çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi qəbul edilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu göz qabağındadır.  Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinin göstəricisi Bakı nailiyyəti oldu. Belə ki, iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Ümumilikdə Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu real addımları ilə təsdiqləyir. Dövlət başçısı İham Əliyev sözügedən müsahibəsində onu da qeyd etdi ki, hər bir ölkə bilməlidir  ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, bu, sizi zəiflədəcək. Belə  yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur. Əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Öz gücünə güvənərək, gələcəyini  özü quran Azərbaycan siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqlədi.  Prezident İlham Əliyev regionun gələcəyi ilə  bağlı baxışlarını diqqətə çatdırdı. Realist olmağa üstünlük verdiyini önə çəkən dövlət başçısı İlham Əliyev vurğuladı ki, növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmür. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. 30 illik işğal dövrünün reallıqlarının təhlili əsasında belə ümumiləşdirilmə aparıldı ki, 1994-cü ildə  Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu, müharibənin sona çatması demək deyildi. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq,  Ermənistanla sülh müqaviləmiz yoxdur. Sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Həllini tapmış münaqişə axtarılırsa, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Millət vəkili yeni dünya nizamının yenidən düşünüldüyünü önə çəkərək onu da əlavə edib ki, geosiyasi dəyişikliklər Vaşinqtonda baş verən hadisələrdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq. Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan müstəqil, çoxşaxəli xarici siyasəti ilə ənənəvi tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirir, yeni körpüər salmaqla dostlarının sayını artırır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see272

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see253

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see241

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see236

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see233

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see221

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see220

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see218

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see213

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see210

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see206

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see205

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see200

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see193

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see187

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see182

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see178

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see178

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see175

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri