Icma.az
close
up
RU
“Seranit: Türkiyə keramika sənayesində innovasiya, Azərbaycan ilə əməkdaşlıq və dünya standartları ilə müqayisə”

“Seranit: Türkiyə keramika sənayesində innovasiya, Azərbaycan ilə əməkdaşlıq və dünya standartları ilə müqayisə”

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Səfirliyinin Media müşavirliyinin təşəbbüsü, “Seranit” şirkətinin təşkilatçılığı ilə azərbaycanlı jurnalistlərin Biləcikdəki istehsal müəssisəsinə mediaturu şirkətin həm texnoloji gücünü, həm də regional əməkdaşlıq perspektivlərini yerində qiymətləndirməyə imkan verdi. “Seranit ilə ilham verən bir kəşf” devizi ilə keçirilən səfərdə media nümayəndələri şirkətin Ar-Ge imkanları, istehsal infrastrukturu və ekoloji yanaşmaları ilə tanış oldular.

Bu yazıda həm də Seranit-in strategiyasının dünya standartları ilə müqayisəsinə, Azərbaycanla əməkdaşlığın iqtisadi perspektivlərinə və şirkətin qlobal keramika bazarındakı mövqeyinə nəzər salınacaq.

Seranit və Qarabağda layihələr: Regional iqtisadi inteqrasiyanın nümunəsi

“Seranit-Azərbaycan”ın rəhbəri Ufuk Polat Qarabağda görülən işlər barədə fikirlərini bölüşüb:

“Qarabağda iki mühüm layihəni tamamladıq – biri otel, digəri isə Xankəndindəki iş mərkəzidir. Şuşada yeni bir otel üçün məhsul tədarükünə başlamışıq. Qarabağın potensialı çox yüksəkdir, yaxın vaxtlarda layihə satışlarımızın 50%-i məhz bu bölgədən olacaq. Bu yanaşma post-müharibə iqtisadiyyatında tikinti materialları sektorunun lokomotiv rolunu göstərir”.

Ufuk Polat həmçinin vurğulayıb ki, Seranit artıq Gəncə və digər bölgələrdə də satışa başlayıb. Onun sözlərinə görə, şirkətin əsas gücü məhsullarının uzunömürlülüyü və yüksək davamlılıq göstəriciləridir. 

Qlobal müqayisədən aydın olur ki:

• İtaliyanın “Marazzi” və İspaniyanın “Porcelanosa” şirkətləri də post-böhran regionlarda (məsələn, Balkan ölkələrində və Yaxın Şərqdə) bənzər layihələrdə iştirak ediblər.

• Seranit bu təcrübəni Cənubi Qafqazda tətbiq etməklə regional əməkdaşlıqda strateji mövqeyini gücləndirir.

Texnologiya və Ar-Ge gücü: Türkiyə modeli və dünya standartlarına nəzər salsaq  Seranit-in əsas üstünlüyünün yalnız iri həcmli istehsalda deyil, həm də dizayn və texnologiyada daxili imkanlarını artırmasında olduğunu görürük. Şirkət əvvəllər dizaynı xaricdən alırdısa, bu gün artıq öz mühəndisləri və dizayn mərkəzləri ilə işləyir. Hansı ki, o mühəndis və memarların bir çoxunu da məhz özləri yetişdirir. 

• İstehsal gücü: 14 milyon m² (Biləcik və Eskişehir fabrikləri)

• Xammal: Ukrayna və Türkiyədən yüksək keyfiyyətli gil

• Texnologiya: Türkiyədə analoqu olmayan sıxma avadanlıqları

Ufuk Polatın sözlərinə görə, istifadə etdikləri xüsusi avadanlıqlar var ki, insan gözünün görə bilmədiyi qüsurları belə aşkarlayır. Qətərdə futbol stadionlarının sanitar qovşaqlarını bizim məhsullarımızla təchiz etdilər və biz onlara 10 illik zəmanət verdik. Dünyada belə bir öhdəliyi yalnız Seranit götürüb.”

Seranit-in Biləcikdəki zavodunun direktoru Ercan Çəlik bildirib ki, şirkət Türkiyənin ilk porselen seranit istehsal edən müəssisəsidir: “İlk mərhələdə istehsal gücümüz ildə 1 milyon kv.m idi, hazırda isə bu rəqəm 14 milyon kv.m-ə çatıb. İki fabrikimiz var – Biləcikdə və Eskişehirdə. Burada həm yer, həm də divar örtükləri istehsal olunur.”  E. Çəlik əlavə edib ki, müəssisə üçün əsas xammal Ukraynadan gətirilir: “Dünyada ən keyfiyyətli gil Ukraynadadır. Müharibə başlayanda təchizatda problemlər oldu, amma sonradan alternativ mənbələr tapdıq. Keyfiyyətli məhsul üçün mütləq keyfiyyətli xammal lazımdır.”

• İtaliya və İspaniya keramika sənayesi uzun illərdir “design-driven production” modeli ilə tanınır. Seranit-in bu istiqamətdə daxili dizayn mərkəzi qurması onu Avropa standartlarına yaxınlaşdırır.

• Almaniyanın “Villeroy & Boch” şirkəti də bənzər şəkildə Ar-Ge-yə yatırım edərək dizayn və texnologiyanı sintez edir.

Ekoloji standartlar: Təkrar emal və ətraf mühitə təsir etməməsi Seranit şirkətinin uğurlarından biridir.  Seranit-in Keyfiyyət müdiri Ayşə Gülhan Koyuncunun açıqlamalarına görə, müəssisə Türkiyədə geri qazanım (recycling) faizi ən yüksək olan şirkətlərdəndir. 

• İstehsal tullantılarının bir hissəsi yenidən istehsala qaytarılır.

• Sular xüsusi qurğularda təmizlənərək təkrar istifadəyə verilir.

• Zavodlarda axıntısız istehsal prosesi qurulub.

Qlobal müqayisədə görürük ki:

• AB keramika şirkətləri “Circular Economy Action Plan” çərçivəsində tullantısız istehsala yönəlirlər.

• Seranit-in tətbiq etdiyi ekoloji həllər İtaliyanın “Emilceramica” və İspaniyanın “Roca” şirkətlərinin təcrübəsinə yaxın görünür.

Keyfiyyət və davamlılıq: Müştəri etimadının açarı kimi  Şirkətin məhsulları stadionlardan metro stansiyalarına qədər yüksək yüklənməli obyektlərdə istifadə olunduğunu görürük. Qətər futbol stadionlarına verilən məhsullara 10 illik zəmanət verilməsi isə bazarda nadir addımdır.

Müqayisəli yanaşsaq:

• Avropa şirkətləri standart olaraq 5–7 illik zəmanət təqdim edir.

• Seranit-in 10 illik zəmanət modeli onu “premium quality assurance” seqmentinə çıxarır.

Türkiyədə inflyasiya fonunda şirkət müştərilərlə münasibətlərdə qiymət sabitliyini qorumağa çalışıb. Bu, korporativ etibarın qorunması baxımından Avropa menecment standartlarına uyğun bir addımdır.

• İtaliyada keramika istehsalçıları xammal böhranı zamanı qiymət artımını birbaşa müştəriyə yansıtdılar.

• Seranit isə itkiləri öz üzərinə götürərək bazarda daha uzunmüddətli etibar qazanmağı seçdi.

 Seranit-in fəaliyyəti yalnız bir şirkət nümunəsi deyil, həm də Türkiyə sənayesinin innovativ inkişaf modelinin təzahürüdür. Seranit nümunəsi göstərir ki, Türkiyə keramika sənayesi artıq yalnız daxili bazara deyil, həm də qlobal rəqabətə yönələn, innovasiya və ekoloji məsuliyyət üzərində qurulan modelə çevrilir. Qarabağda icra olunan layihələr isə bu modelin Cənubi Qafqazda iqtisadi əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Avqust 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri