Icma.az
close
up
RU
Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub

Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızının “Seraya Şapşal və Güney Azərbaycan folkloru” adlı elmi kitabı nəşr olunub. Kitab Güney Azərbaycan folklorunun Avropa elmi mühitində təqdimat tarixini araşdıran mühüm tədqiqat kimi diqqət çəkir.

İnstitutdan XQ-yə bildirilib ki, kitab karaim türkü, tanınmış türkoloq, şərqşünas və ictimai-siyasi xadim Seraya Şapşalın 1935-ci ildə Krakovda nəşr olunan “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatından nümunələr” adlı əsərinə həsr edilib. Həmin kitab Güney Azərbaycan xalq ədəbiyyatına dair ilk sistemli folklor antologiyalarından biri hesab olunur və Avropa türkologiyasında Azərbaycan folkloruna dair nadir mənbələr sırasında xüsusi yer tutur.

Seraya Şapşalın topladığı və nəşr etdiyi materiallarda bayatılar, atalar sözləri, nağıllar, lirik nümunələr və digər folklor janrları yer alır. Afaq Xürrəmqızının tədqiqatında bu mənbənin elmi dəyəri, toplanma prinsipləri, dil və üslub xüsusiyyətləri, eləcə də Güney Azərbaycan folklorunun Avropada öyrənilməsi kontekstində rolu geniş şəkildə təhlil olunur. Kitabın yenidən elmi dövriyyəyə daxil edilməsi müasir folklorşünaslıq və dilçilik, xüsusilə dialektologiya üçün mühüm əhəmiyyət daşıyır.

Afaq Xürrəmqızının araşdırmasında əvvəlcə Seraya Şapşalın əsərinin strukturuna diqqət yetirilir. Kitabın ilk hissəsi müəllifin polyak dilində yazdığı “Giriş”lə başlayır. Daha sonra Şapşal əsərini iki əsas hissəyə ayırır: “Epik” və “Lirik mətnlər”. Bu bölünmə Güney Azərbaycan folklorunun müxtəlif janrlarını sistemli şəkildə təqdim etməyi əks etdirir. Ardınca “Tərcümələr”, “Lüğət”, “Lüğətə əlavələr” və “Yazı nümunələri” təqdim edilir.

Daha sonra kitabın əhəmiyyətini vurğulayan müəllif əsərin bir neçə mühüm aspektdən dəyərli olduğunu bildirir. Birincisi, kitabın sahə araşdırmasının nəticəsi olmasıdır. Yəni Seraya Şapşal bu əsəri Güney Azərbaycan folklorunun müxtəlif nümunələrini toplayaraq hazırlayıb. İkincisi, bu folklor nümunələrinin yüksək səviyyədə polyak dilinə tərcümə edilməsi və həmin dilə uyğunlaşdırılmasıdır. Tərcümənin keyfiyyəti və orijinal mətnlə uyğunluğu, kitabın elmi dəyərini artıran əsas amillərdəndir. Növbəti mühüm aspekt isə kitabdakı mətnlərin dialekt xüsusiyyətlərinin qorunması ilə bağlıdır.

Afaq Xürrəmqızı, həmçinin Seraya Şapşalın milli kimliyi və ictimai-siyasi mövqeyini araşdırır. Müəllif Şapşalın öz dövründəki ictimai-siyasi vəziyyətə necə yanaşdığını, Azərbaycan xalqının mədəniyyətinə olan münasibətini və bu münasibətin əsərdə necə öz əksini tapdığını təhlil edir. Şapşalın özünəməxsus yanaşması və mədəni irsə verdiyi dəyər əsərin yalnız folklorşünaslıq baxımından deyil, həm də ictimai-siyasi aspektdən önəmli olduğunu göstərir.

Araşdırmanın sonunda müəllif əsərin Azərbaycan oxucusuna təqdimatını və Şapşalın kitaba yazdığı “Giriş”in elmi nəzəri əhəmiyyətini diqqətə çatdırır. Burada əsərin ümumi elmi konteksti və Şapşalın Azərbaycan folkloruna dair nəzəri mülahizələri oxuculara çatdırılır. Bu nəzəri mülahizələr Azərbaycan folklorunun tədqiqi üçün yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır və kitabın elmi təhlilini zənginləşdirir. Beləliklə, müəllifin təqdim etdiyi təhlil, Şapşalın əsərinin həm mədəni, həm də elmi əhəmiyyətini geniş şəkildə açır, bu əsərin Azərbaycan folklorunun Avropa elmi mühitində təmsil edilməsindəki rolunu vurğulayır.

Nəşrdə Afaq Xürrəmqızının analitik məqaləsi ilə yanaşı, Seraya Şapşalın kitabından seçilmiş mətnlər təqdim olunur. Buraya nağıllar, təmsillər, atalar sözləri, tapmacalar, bayatılar, Kərəmi nümunələri, şeirlər, dübbələr, eləcə də Azərbaycan türklərində işlənən titullar və yazı nümunələri daxildir. Bu materiallar həm elmi araşdırmalar, həm də müqayisəli folklor və dil tədqiqatları üçün zəngin mənbə rolunu oynayır.

“Seraya Şapşal və Güney Azərbaycan folkloru” kitabı folklorşünaslar, dialektoloqlar, filoloqlar və ümumilikdə Azərbaycan xalq mədəniyyətinin tarixini elmi aspektdən öyrənən mütəxəssislər üçün nəzərdə tutulub və Güney Azərbaycan folklor irsinin beynəlxalq elmi kontekstdə dəyərləndirilməsi baxımından mühüm töhfədir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri