Serbiya Superliqasında “Radniçki” klubunun baş məşqçisi oyun zamanı vəfat edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiya Superliqasında çıxış edən “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib.
APA yerli KİV-ə istinadən xəbər verir ki, hadisə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. Jijoviç qəfil olaraq skamyada huşunu itirib.
O, dərhal xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Futbolçular məşqçinin ölüm xəbərini oyunun 41-ci dəqiqəsində birbaşa meydanda öyrəniblər. Bundan sonra görüş dayandırılıb, oyunçular isə ağlayaraq meydanda diz çöküblər.
Qeyd edək ki, 43 yaşlı Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.
Bu mövzuda digər xəbərlər:Serbiya klubunun baş məşqçisi oyun zamanı dünyasını dəyişdi Video
04 Noyabr 2025 11:38
A Seriyası klubunun futbolçusu Türkiyə Superliqasında
14 Avqust 2025 02:32
Serbiya millisinin baş məşqçisi istefa verdi
12 Oktyabr 2025 07:45
Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib
29 Oktyabr 2025 08:21
Türkiyə Superliqasında növbəti istefa
04 Noyabr 2024 18:15
Baxış sayı:78
Bu xəbər 04 Noyabr 2025 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















